XİN-də UNESCO məsələlərinə cavabdeh şəxslərin iştirakı ilə iclas keçirilib
Tarix: 08.02.2018 | Saat: 17:39:00 | E-mail | Çapa göndər


Azərbaycan Xarici İşlər Nazirliyində UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının üzvlərinin rəhbərlik etdikləri qurumlarda UNESCO məsələlərinə cavabdeh olan şəxslərin iştirakı ilə iclas keçirilib.
 
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, iclasın məqsədi işçi səviyyədə Milli Komissiyanın qarşısında duran məsələlərin və gələcək fəaliyyət planının müzakirə edilməsi, eləcə də aidiyyəti qurumlar arasında daha sıx əlaqələndirmənin təmin edilməsi ilə bağlı fikir mübadiləsinin aparılması olub.
 
İclası giriş nitqi ilə açan Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri- UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının baş katibi Elnur Sultanov ölkəmiz ilə UNESCOarasında mövcud olan sıx əlaqələrdən bəhs edərək, bu əlaqələrin inkişafında Azərbaycan Respublikasının birinci vitse-prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın müstəsna xidmətlərini qeyd edib.
 
Baş katib vurğulayıb ki, Azərbaycan mədəniyyətinin beynəlxalq aləmdə tanıdılması və UNESCO ideyalarının təbliği istiqamətində M. Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən mühüm layihələr həyata keçirilib.
 
2017-ci ildə ölkəmizin UNESCO-ya üzvlüyünün 25 illiyini qeyd etdiyini diqqətə çatdıran E.Sultanov Azərbaycan ilə UNESCOarasında əməkdaşlıq üçün geniş potensialın olduğunu vurğulayıb və gündəmdə duran cari məsələlər haqqında məlumat verib.
 
Sonra ölkəmiz ilə UNESCO arasında mədəniyyət, elm, təhsil, informasiya, multikulturalizm, gender bərabərliyi və digər sahələr üzrə əməkdaşlığın hazırkı vəziyyəti və gələcək perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb, bir sıra yeni təkliflər irəli sürülüb və qurumlararası koordinasiyanın möhkəmləndirilməsinin vacibliyi vurğulanıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.02.2019
Müxalifət kütləvi aksiyaları idarə edə bilmir
22.02.2019
Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
21.02.2019
Levan Çixeidze: Gürcüstan parlamenti Xocalı soyqırımını rəsmən tanımalıdır
21.02.2019
Müxalifət mitinqlərlə bağlı məsuliyyətdən niyə qaçır?
21.02.2019
Валентина Терешкова: не любить Азербайджан невозможно!

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10615

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
3 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
4 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub
5 1400 manat maaşla sürücü axtarılır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info