“Bu il 20 mindən çox məcburi köçkünü yeni evlərlə təmin edəcəyik”
Tarix: 08.02.2018 | Saat: 20:20:00 | E-mail | Çapa göndər


“Məcburi köçkünlərin vəziyyətinin yaxşılaşdırılması və mənzillərlə, evlərlə təmin edilməsi istiqamətində bundan sonra da uğurlu siyasət aparılacaq”.
Bunu Azərbaycan Prezidenti İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VI qurultayında çıxışında bildirib.
 Dövlət başçısı deyib ki, bu günə qədər 270 minə yaxın köçkün evlərlə təmin edilib: “Bu il 20 minə yaxın, bəlkə də bundan da çox köçkünü yeni evlərlə təmin edəcəyik. Bu siyasət davam etdiriləcək. Torpaqlarımız işğaldan azad olunandan sonra biz bu gün erməni vəhşiləri tərəfindən dağıdılmış bütün şəhərləri, kəndləri yenidən quracağıq. Cocuq Mərcanlı kəndinin timsalında bütün dünya görür ki, biz buna qadirik, bunu qısa müddət ərzində edə bilərik. Bir daha bütün dünya əyani şəkildə görür ki, Azərbaycan xalqı, köçkünlər bir amalla yaşayırlar. Tezliklə öz doğma torpaqlarına qayıtmaq arzuları var və hətta köçkün şəraitində doğulmuş, heç vaxt öz torpağını görməmiş uşaqlar, gənclər də bu arzu ilə yaşayırlar. Bu gün onların bir hissəsi artıq Cocuq Mərcanlıda, öz dədə-baba torpağında məskunlaşıb. Bu da Azərbaycan xalqının yenilməz ruhunu bir daha bütün dünyaya göstərir”.




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Lerik və Yardımlıda elektrik enerjisi infrastrukturu yenidən qurulur
24.09.2018
Neftin qiyməti 100 dollara yüksələcək
24.09.2018
Nazir: “Azərbaycan aqrar sahənin inkişafı üçün müvafiq strategiya hazırlayıb”
24.09.2018
Azərbaycan-Rusiya İşgüzar Şurasının iclası keçirilib
24.09.2018
TAP-ın Yunanıstan və Albaniya marşrutunda boruların 97 faizi qaynaqlanıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info