Humanitar elmlər sahəsində beynəlxalq əlaqələr genişlənib
Tarix: 08.02.2018 | Saat: 20:41:00 | E-mail | Çapa göndər


Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin növbəti iclasında Humanitar Elmlər Bölməsinin illik hesabatı müzakirə olunub. Müzakirələrdə iştirak edən AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli Humanitar Elmlər Bölməsində 5 il ərzində əldə olunmuş nəticələr, aparılan tədqiqatlar və qarşıda duran vəzifələri əhatə edən hesabatı yüksək qiymətləndirib.
AMEA-dan  bildirilib ki, İ.Həbibbəyli humanitar elmlər sahəsində Prezident İlham Əliyevin qəbul etdiyi qərar və sərəncamların tam şəkildə yerinə yetirildiyini diqqətə çatdırıb. Bildirib ki, son illər bu sahədə beynəlxalq əlaqələr kifayət qədər genişlənib, bölmənin əməkdaşları çoxlu sayda yerli və beynəlxalq konfransda iştirak ediblər. Həmçinin dünyanın bir neçə nüfuzlu elm mərkəzi ilə prioritet istiqamətlərdə əməkdaşlığa dair müqavilələr imzalanıb, müştərək tədqiqatlar aparılıb.
Sonra alim bu yaxınlarda AMEA Dilçilik İnstitutunun mütəxəssisləri tərəfindən hazırlanmış Azərbaycan dilinin dövlət dili kimi ümumi informasiya bazası olan – www.azerbaycandili.azsaytı barədə məlumat verib. O, bu hadisəni bölmənin böyük nailiyyətlərindən biri kimi qiymətləndirib.
AMEA-nın vitse-prezidenti deyib ki, müasir dövrdə dünya elm sahəsində gedən proseslərdə fəal iştirak etmək üçün xarici dil biliklərinə malik olmaq vacib məsələlərdəndir. Alim bu istiqamətdə AMEA-da həyata keçirilən tədbirlərdən söz açaraq akademiyanın institutlarında ingilis dilinin tədrisi ilə əlaqədar kursların təşkil olunmasını təqdirəlayiq hal kimi qiymətləndirib.
Akademik İ.Həbibbəyli Dilçilik İnstitutunun mütəxəssisləri tərəfindən hazırlanmış yeni orfoqrafiya lüğətinin bütün ölkə ictimaiyyətində geniş müzakirə olunduğunu vurğulayıb. Bildirib ki, yeni lüğətlə bağlı Azərbaycanın tanınmış ziyalıları, alim və dilçi mütəxəssislərinin məqalələri dərc olunub, müxtəlif fikirlər səsləndirilib. Dilçilik İnstitutunda yaradılmış işçi qrupu bütün irad və təklifləri, statistik məlumatları müzakirə və təhlil etdikdən sonra müvafiq qərarlar qəbul edəcək.
Nigar




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Dövlət Əmək Müfəttişliyi Xidməti Lənkəran və Masallı rayonlarında seminar keçirib
19.09.2018
Əcnəbilərin Azərbaycana marağını necə artırmaq olar
18.09.2018
Prezident İlham Əliyev: Bakı-Astara magistral yolunun açılışı tarixi layihədir, Azərbaycanın imkanını göstərir
18.09.2018
Prezident: Bir neçə gün əvvəl əsgərlərimiz düşmənə elə dərs veriblər ki, çətin ki yaxın günlərdə özünə gəlsin
18.09.2018
Bu il Azərbaycana 193 ölkədən 1,9 milyon əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10119

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info