BANM-də MBA proqramına qəbul aparılacaq
Tarix: 08.02.2018 | Saat: 21:38:00 | E-mail | Çapa göndər


Bakı Ali Neft Məktəbində (BANM) cari ildən etibarən biznesin idarə edilməsi (MBA) ixtisası üzrə magistratura proqramı tədris olunacaq. BANM-dən  bildirilib ki, hazırda magistratura pilləsində neft-qaz mühəndisliyi və kimya mühəndisliyi ixtisasları üzrə yüksək səviyyəli mütəxəssislər hazırlayan BANM 2018/2019-cu tədris ili üçün MBA proqramı və proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisası üçün də qəbul elan edib.
Qeyd edək ki, bu ali məktəb MBA proqramı üzrə qəbula cəmi 30 yer ayırıb. Proqram işləyən mütəxəssislər üçün də çox əlverişlidir. Belə ki, dərslər axşam saatlarında keçiriləcək. İkiillik MBA proqramı BANM-in digər ixtisaslarında olduğu kimi ingilis dilində tədris ediləcək. Tədris BANM-in yüksəkixtisaslı yerli və əcnəbi müəllimləri tərəfindən aparılacaq. MBA proqramında idarəetmə və təşkilati davranış, maliyyənin idarə olunması, biznes və iqtisadiyyat üçün statistika, marketinq konsepsiyaları, menecerlər üçün mühasibat, istehsalın və əməliyyatların idarə olunması, strateji idarəetmə, insan resurslarının idarə olunması, idarəetmənin iqtisadiyyatı, informasiya texnologiyalarının idarə olunması, kapital qoyuluşu və maliyyə strategiyaları, bazarın öyrənilməsi və beynəlxalq biznes kimi aktual fənlərin tədrisi nəzərdə tutulub.
Mühəndislik sahəsində ixtisasları və kadr hazırlığı beynəlxalq səviyyədə qəbul olunan, dünyanın tanınmış universitetlərinin təcrübəsinə əsaslanaraq tədrisdə ən son texnoloji nailiyyətləri həyata keçirən BANM-də MBA proqramının tətbiqi gənclər üçün idarəetmə sahəsində yeni bilik və bacarıqların əldə edilməsinə böyük imkanlar yaradacaq.
Nigar




 
Bölməyə aid digər xəbərlər
15.02.2019
Ədliyyə naziri Xaçmazda vətəndaşları qəbul edib
15.02.2019
Алексей Ретеюм: “Дизайн Баку поражает. Москве есть чему поучиться“
15.02.2019
Masallıda təqdimat: “Bizim tanıdığımız Elmira...”
15.02.2019
Masallıda “Xocalı faciəsi qan yaddaşımızdır” mövzusunda inşa müsabiqəsi keçirilib
15.02.2019
Səfir: “Azərbaycanda tolerantlığın yüksək səviyyədə olmasını bütün dünya etiraf edir”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10597

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
3 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)
4 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı
5 Bakıda yeni otel istifadəyə verilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info