KTMT sülhməramlı polis birliyi yaradır
Tarix: 09.02.2018 | Saat: 01:05:00 | E-mail | Çapa göndər


Valeriy Semerikov: “Yaradılan missiyanın əməliyyatlarda iştirakını təmin etmək üçün KTMT ilə BMT arasında bağlanmış müqavilə və ya protokol olmalıdır”

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı sülhməramlı polis birliyi yaradır. Bu barədə məlumatı birliyin baş katibinin müavini Valeriy Semerikov Moskvada keçirilən brifinqdə bildirib. “Biz hələ 2017-ci ildən Birləşmiş Millətlər Təşkilatının xahişi ilə davamlı hazırlığa malik sülhməramlı bir polis vahidinin formalaşmasına başlamışıq. Belə düşünürəm ki, bu il bununla bağlı müvafiq qərarlar veriləcək. Çünki artıq bütün hazırlıq işləri aparılıb və sadəcə olaraq müvafiq normativ sənədin qəbul edilməsi qalır” - deyə baş katibin müavini bildirib. Onun sözlərinə görə, son zamanlar BMT-nin sülhyaratma missiyalarında artıq polis qrupları iştirak edir: “Biz potensialımızdan hərbi kontingent də daxil olmaqla, BMT-nin missiyalarında istifadə edilə biləcəyini də istisna etmirik. Məhz buna görə də biz BMT standartlarını və tələblərini nəzərə alaraq, artıq bir neçə ildir ki, sülhməramlılar hazırlamaq istiqamətində işləyirik. Qeyd edim ki, yaradılan missiyanın əməliyyatlarda iştirakını təmin etmək üçün KTMT ilə BMT arasında bağlanmış müqavilə və ya protokol olmalıdır. Bu məqsədlə də birgə işimizi daha da yaxşılaşdırmaq üçün lazım olan "yol xəritəsi" hazırlamışıq”. Valeriy Semerikov mətbuat konfransında onu da deyib ki, hazırda Əfqanıstanda məskunlaşan 7 mindən artıq “İŞİD” terrorçusu yaratdığı təhdid Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını ciddi şəkildə narahat edir: “Bizi ən çox narahat edən onların sayının çoxluğudur. Bu barədə Əfqanıstan prezidentinin məsləhətçisi məlumat verib. Amma biz sayın daha çox ola biləcəyinə şübhə etmirik”.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
23.01.2019
Suriyalı qaçqın ABŞ-ın dövlət qulluqçularına pulsuz yemək paylayır
22.01.2019
Avropa ölkələri Gürcüstandakı vəziyyətdən narahatdır
22.01.2019
Axen sazişi: Almaniya və Fransa ABŞ-a qarşı yeni cəbhə yaratdı
22.01.2019
Уже в феврале будут продавать наушники-переводчик на 20 языков мира
22.01.2019
Senator Harris ABŞ prezidentliyinə namizədliyini rəsmən elan edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Dərslər təxirə salındı
2 “Mənim güc mənbəyim Bakıdadır”
3 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
4 Ahmet Gencehan Babiş: “Türkiyənin Azərbaycanın razı olmayacağı bir işdə olması mümkün deyil”
5 Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Nikola Sarkozi ilə görüşüb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info