“Türk axını” layihəsinin dəyəri 7 milyard dollar olacaq
Tarix: 09.02.2018 | Saat: 01:07:00 | E-mail | Çapa göndər


“Türk axını” təbii qaz boru kəməri (“TurkStream”) layihəsinin dəyəri 7 milyard dollar qiymətləndirilir. Bu barədə Rusiyanın enerji nəhəngi “Gazprom” şirkətinin idarə heyəti sədrinin müavini Andrey Kruglov deyib. O bildirib ki, əvvəllər layihənin dəyərinin 6 milyard dollar olacağı nəzərdə tutulurdu. Lakin son qiymətləndirmədən sonra “Türk axını”nın investisiya xərcləri 1 milyard dollar artırılaraq 7 milyard dollara çatdırılıb. Layihə əvvəlcə daxili resurslar hesabına maliyyələşdiriləcək. Qeyd edək ki, Rusiyadan Türkiyəyə ildə 15,75 kubmetr təbii qaz daşıyacaq boru kəmərinin 930 kilometr uzunluğundakı ilk xəttinin dəniz hissəsində boruların 530 kilometri inşa olunub. Beləliklə də “Türk axını”nın dəniz hissəsində boruların 60 faizi döşənib. Bu xətlə Türkiyəyə ilk qazın 2019-cu ildə çatdırılması nəzərdə tutulur. İkinci xəttin isə təxminən 224 kilometrində borular döşənib. Rusiya qazını Türkiyəyə və Avropaya çatdıracaq “Türk axını”nın əsas rezervini Yeni Urenqoyda çıxarılan təbii qaz təşkil edəcək. “Türk axını”nın ilk xəttinin Türkiyənin təbii qaza olan hazırkı tələbatının təxminən 35 faizini ödəyə biləcək. Boru kəmərinin ikinci xəttinin Türkiyə sularında inşası üçün bütün lazımi icazələr alınıb. Türkiyə “Türk axını”nın dəniz hissəsini tikən şirkətdən vergi almayacaq. Boru kəmərinin dəniz hissəsinin tikintisini həyata keçirən “South Stream Transport B.V.” şirkətinin məlumatına görə, Türkiyədəki təbii qaz qəbulu terminal İstanbulun təxminən 100 kilometr qərbində yerləşən Kıyıköy bölgəsində tikilir. Buraya gələn qaz Türkiyənin “Botaş” şirkəti tərəfindən inşa ediləcək xətt ilə Lüleburgazdan beynəlxalq qaz şəbəkəsinə veriləcək. “Türk axını” layihəsi üzrə Avropa bazarı üçün nəzərdə tutulan ikinci xəttin quru hissəsinin inşası isə “Botaş” və “Gazprom”un quracağı birgə şirkət tərəfindən inşa ediləcək. İkinci xətlə təbii qazın Türkiyə-Yunanıstan sərhədində, İpsala yaxınlarında Avropaya göndərilməsi planlaşdırılır. Lakin bu marşrut hələ ki müzakirə edilir, təbii qazı alacaq və daşıyacaq ölkələrlə danışıqlar aparılır.




 
Bölməyə aid digər xəbərlər
23.01.2019
Xaricdən ən çox sifariş verilən 10 Azərbaycan məhsulu
23.01.2019
Bank İsmayıllı filialı üçün işçi axtarır
23.01.2019
Vergilər Nazirliyi ilə AQTA Birgə Əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalayıb
23.01.2019
“Azexport” portalının xüsusi buraxılışı nəşr edilib
23.01.2019
Bank işçi axtarır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 “Mənim güc mənbəyim Bakıdadır”
2 Dərslər təxirə salındı
3 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
4 Ahmet Gencehan Babiş: “Türkiyənin Azərbaycanın razı olmayacağı bir işdə olması mümkün deyil”
5 Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Nikola Sarkozi ilə görüşüb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info