KXDR hərbi paradda yeni növ ballistik raketi nümayiş etdirib
Tarix: 09.02.2018 | Saat: 01:08:00 | E-mail | Çapa göndər


KXDR Pxenyanda keçirilən hərbi paradda yeni növ “Hvason-15” qitələrarası ballistik raketini nümayiş etdirib. Kim İr Sen adına mərkəzi meydanda keçirilən parad Şimali Koreyanın mərkəzi televiziyası ilə canlı yayımlanıb. TASS xəbər verir ki, tədbirdə iştirak edən KXDR lideri Kin Çen In öz çıxışında nüvə-raket proqramının gələcək inkişafından danışıb. Yaponiya KİV-lərinin məlumatına əsasən, paradda azı 13 min hərbçi iştirak edib. Tədbirdə, həmçinin “Hvason-15” raketi ilə birgə 4 atış qurğusu və bu tipdən olan ballistik raketin əvvəlki modifikasiyası – “Hvason-14” nümayiş olunub. Lakin sualtı qayıqlar üçün nəzərdə tutulan “Pukkıkson-3” (“Qütb ulduzu-3”) yeni ballistik raketi parada çıxarılmayıb. Şimali Koreyanın hərbi paradı Pxençanda Qış Olimpiya Oyunlarının açılışından bir gün öncəyə təsadüf edib. Əvvəlki illərdən fərqli olaraq, tədbirə xarici jurnalistlər dəvət edilməyib. Olimpiada ərəfəsində hərbi güc nümayişinə görə beynəlxalq tənqidlərə məruz qalan rəsmi Pxenyan bunun sırf daxili məsələ olduğunu bildirib. Bundan əvvəl 40 il ərzində Pxenyanda hərbi parad aprelin 25-də - dövlətin banisi Kim İr Senin 1932-ci ildə ilk partizan dəstəsini yaratmasının ildönümündə keçirilirdi. Odur ki, analitiklər paradın qabağa çəkilərək Olimpiya oyunları ərəfəsində təşkil olunmasını siyasi motivlərlə əlaqələndirirlər. Xatırladaq ki, Koreya yarımadasında vəziyyət KXDR-in raket-nüvə proqramının son zamanlar aktivləşməsi səbəbindən ciddi surətdə gərginləşib. Belə ki, ötən sentyabrın 3-də Pxenyan hidrogen döyüş başlığının uğurlu sınağı barədə bəyanat yayıb. BMT Təhlükəsizlik Şurası bu səbəbdən Şimali Koreyaya qarşı beynəlxalq sanksiyaları kəskin şəkildə sərtləşdirib.




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
İspaniyada intensiv yağıntılar nəticəsində ölən və itkin düşənlər var
20.11.2018
Qətərdə regionun ultramüasir klinikası açılıb
19.11.2018
Putin:“Türk axını” tamamlandıqdan sonra Rusiya-Türkiyə enerji əməkdaşlığı daha da güclənəcək”
18.11.2018
Bolqarıstanı kütləvi etiraz aksiyaları bürüyüb
17.11.2018
Rusiyadan Ermənistana gedən magistralda 600-ə yaxın avtomobil qalıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info