Uğur Delikanlı Bakıya səfər edəcək
Tarix: 09.02.2018 | Saat: 13:10:00 | E-mail | Çapa göndər


“Qara Dəniz Ticarət və İnkişaf Bankı”nın prezidenti İhsan Uğur Delikanlı aprelin 17-18-də Bakıda regional “Rəqəmsal bankçılıq və təhlükəsizlik” mövzusunda keçiriləcək Beynəlxalq Bankçılıq sərgi-konfransında spiker kimi çıxış edəcək.
“APA-Economics” xəbər verir ki, konfransda “Rəqəmsal Bankçılıq və Təhlükəsizlik” mövzusunda dünya maliyyə texnoloji innovasiya şirkətləri öz təcrübələrini paylaşacaqlar.
Tədbir çərçivəsində 30-a yaxın innovativ bank və maliyyə xidmətləri təklif edən şirkətlərdən olan spikerlərin və regional bankların rəhbər şəxslərinin çıxışları gözlənilir.
Belə ki, Azərbaycanın maliyyə bazarına yaxın olan Rusiya və Türkiyənin uğurlu bank-biznes modelləri, habelə çağdaş dünyada maliyyə-bankçılıq sahəsində əldə olunmuş ən son yeniliklər və İT həllər ilə tanış olmaq imkanı yaranacaq.
Konfransın gündəliyi “FinTech” (maliyyə texnologiyaları), avtomatlaşdırma, rəqəmsal təhlükəsizlik, korporativ bankçılıq, rəqəmsal bazarda bank filialları və müştəriyə yönəlmiş bankçılıq kimi mövzuları əhatə edəcək. Sözü gedən çıxışlara SWIFT, VISA, UnionPay, Ubiq Innovations, Capital Banking Solutions şirkətinin rəhbər şəxslərinin məruzələri də əlavə edilib.
Tədbir çərçivəsində maliyyə texnoloji avadanlıqların, proqram təminatlarının, bank avtomatlaşdırma sistemlərinin nümayiş sərgisi olacaq. Müasir ödəmə və identifikasiya vasitələri, biometrik ATM ilə yanaşı, "Unionpay", "AliPAY"(ALİBABA), "VİSA", "Mastercard" kimi maliyyə xidmətləri şirkətlərinin yeni innovativ təqdimatları gözlənilir.
Konfrans "Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi"nin tədbirlər planına istinad olaraq bankların rəqəmsal transformasiyasının sürətləndirilməsi üçün tənzimləmə mexanizminin təkmilləşdirilməsi istiqamətində görüləcək işlərin bir hissəsidir.
Qeyd edək ki, İhsan Uğur Delikanlı 16 iyul 2014-cü ildən bəri Qara Dəniz Ticarət və İnkişaf Bankının prezidenti vəzifəsini icra edir. İ. Delikanlı maliyyə sektorunda prşəkar karyerasına 1992-ci ildə Türkiyə Cümhuriyyəti Xəzinə Agentliyində başlayıb. 2005-ci ildə Türkiyə Bankların Tənzimlənməsi və Nəzarət Agentliyinin Tənzimləmələr Departamentinin rəhbər şəxsi, 2009-cu ildə isə həmin qurumun vitse-prezidenti vəzifəsinə təyin edilib. 2012-ci ildən özəl sektora addım atan İ. Delikanlı, Türkiyə investisiya banklarının birində icraçı vitse-prezident vəzifəsini icra etməyə başlayıb. Maliyə menecmenti üzrə magistratura təhsilini Böyük Britaniyanın “Exeter” universitetində tamamlayıb, doktorantura təhsilini isə maliyyə və mühasibatlıq sahəsi üzrə almışdır. 2009-2012-ci illər arasında Bazel Bankçılıq Nəzarət Komitəsində Türkiyəni təmsil edib. Bankçılıq və maliyyə sahəsində bir sıra məqalələrin müəllifidir
Qara Dəniz Ticarət və İnkişaf Bankı (QDTİB), Qara Dəniz regionunun 11 ölkəsi tərəfindən yaradılmış beynəlxalq maliyyə təşkilatıdır. Bankın məqsədi, onun səhmdarları olan ölkələrin inkişaf etdirilməsindən və onlar arasında əməkdaşlığın sürətləndirilməsindən ibarətdir. 3 mlrd. avro həcmində nizamnamə kapitalına malik olan bu bank, ticarət və layihə maliyyələşməsini təmin edir, üzv ölkələrdəki dövlət və özəl müəssisələrin inkişafını və regional əməkdaşlığı təşviq etmək həmçinin, güclü iqtisadi əlaqələr yaratmaq üçün zəmanət verir.




 
Bölməyə aid digər xəbərlər
18.01.2019
Sərbəst Satış Sertifikatı sahibkarlara yeni ixrac imkanları qazandırıb
18.01.2019
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturu dəyişdirilir
18.01.2019
Martda İraqa ixrac missiyası təşkil olunacaq
18.01.2019
“Buta Airways” Odessa və Xarkova aviareyslər yerinə yetirəcək
18.01.2019
Mehriban Əliyeva “Üzeyir Hacıbəyli” fəxri medalı ilə təltif edilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Dərslər təxirə salındı
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info