Endirimli sığorta məhsulları
Tarix: 09.02.2018 | Saat: 15:37:00 | E-mail | Çapa göndər


“AtaSığorta” ASC sığorta bazarına iki yeni kasko məhsulunun satışını çıxarıb. Bunlar “SƏRFƏLİ SIĞORTA” və "QOŞA KASKO" məhsullarıdır. QOŞA KASKO sığorta məhsulu əsasən iki avtomobili olanlar üçün nəzərdə tutulub. Belə ki, müştərinin iki avtomobili varsa, birinci avtomobil 3,5% tariflə, ikinci avtomobil isə 50% endirimlə yəni, 1,75%-lə sığortalanır. Başqa sözlə, 10 min manatlıq avtomobilin 1-ci avtomobilin kasko sığortası 350 manatdırsa, 2-ci 10 min manatlıq avtomobilin kasko sığortası 175 manata başa gəlir.

“Sərfəli Sığorta” kasko sığorta məhsulu müştərilərə öz avtomobillərini yarı qiymətə sığortalamaq və nəticədə vəsaitlərinə qənaət etmək imkanı verir. Belə ki, sığorta müqaviləsi bağlanan zaman Sığortalı sığorta haqqının birinci yarısını ödəyir. İkinci yarısı isə yalnız sığorta müddəti ərzində baş vermiş sığorta hadisəsi üzrə sığorta ödənişi həyata keçirildiyi təqdirdə Sığortalı tərəfindən ödənilir. Lakin sığorta müddəti ərzində sığorta hadisəsi baş vermədiyi təqdirdə ikinci yarısı Sığortalı tərəfindən ödənilmir.
Məsələn: dəyəri 10 000 AZN olan avtomobili 100 AZN azadolma ilə sığortalamaq üçün müştəri 400 AZN sığorta haqqı ödəməlidirsə, cəmi 200 AZN (50%-i) ödəyir. İl ərzində sığorta hadisəsi baş vermədiyi halda sığorta haqqının ikinci hissəsini ödəmək lazım olmayacaq. Sərfəli KASKO məhsulu istehsal tarixi 2000-ci ildən yuxarı bazar dəyəri 10-60 min manat olan avtomobillərə şamil edilir. Azadolma məbləği adi qaydada 100 manat, avtomobil kommersiya məqsədi ilə istifadə ediləndə isə 1000 manat təyin edilir.
Hər iki məhsul üzrə detallı məlumat bunlardır:
  QOŞA KASKO MƏHSULUNA DAİR MƏLUMAT 
Sığortalı:
Fiziki şəxslər
Sığortaçı:
“AtaSığorta” ASC
Sığorta müddəti:
Razılaşdırılmış tarixdən etibarən 12 ay müddətində
Coğrafi ərazi:
Azərbaycan Respublikası
 Bölmə 1:                Nəqliyyat vasitələrinin (kasko) sığortası 
Minik avtomobilləri üzrə Sığorta tarifləri:
Sığorta haqqının məbləği ilkin avtomobilin real bazar dəyərinin 3.5 %-ini, ikinci avtomobilin real bazar dəyərinin 1.75 %-ini təşkil edir.
 
İki avtomobildən bazar dəyəri baha olana 3.50% tarif tətbiq olunur.
QOŞA KASKO üzrə xüsusi şərtlər:
4. Müştəri tərəfindən əlavə cəlb olunan yalnız 1 avtomobil üzrə sığorta haqqı məbləğində 50% endirim təqdim olunur.
5. Birinci avtomobili sığortalayan müştəriyə müddəti 2 ay olan endirim sertifikatı təqdim olunur. İki ay ərzində sertifikat istifadə edilmədiyi halda müvafiq sertifikat qüvvədən düşmüş hesab edilir.
6. Bazar dəyəri 70 000 AZN-dək olan avtomobillər üzrə təqdim olunur.
7. Yalnız 2007-2017-ci illər istehsalı olan avtomobillər üçün təqdim olunur.
8. Sığorta haqqı birdəfəlik qaydada ödənilməlidir.
9. Məhsul hüquqi şəxslərə şamil edilmir.

 
 “SƏRFƏLİ SIĞORTA” - KASKO MƏHSULUNA DAİR MƏLUMAT             
Sığortalı:
Fiziki şəxslər
Sığorta olunan:
Avtomobili qanuni əsaslarla idarə etmək hüququ olan istənilən fiziki şəxs
Sığortaçı:
“AtaSığorta” ASC
Sığorta müddəti:
Razılaşdırılmış tarixdən etibarən 12 ay müddətində
Coğrafi ərazi:
Azərbaycan Respublikası
 Bölmə 1: 
Minik avtomobilləri üzrə Sığorta tarifləri:
Sığorta tarifi – 4.00% təşkil edir.
 
1. Sığorta müqaviləsi bağlanan zaman Sığortalı sığorta haqqının birinci yarısını ödəyir.
2. Sığorta müddəti ərzində sığorta hadisəsi baş vermədiyi təqdirdə ikinci yarısı Sığortalı tərəfindən ödənilmir.
3. Sığorta müddəti ərzində baş vermiş sığorta hadisəsi üzrə sığorta ödənişi həyata keçirildiyi təqdirdə Sığortalı sığorta haqqının ikinci yarısını ödəməlidir.
Xüsusi şərtlər:
1. Bazar dəyəri 10 000 AZN-dən 60 000 AZN-dək olan avtomobillər üzrə təqdim olunur.
2. Yalnız istehsalı ili 2000 ildən yuxarı olan avtomobillər üçün təqdim olunur.
3. Sığorta haqqı birdəfəlik qaydada ödənilməlidir.
4. Məhsul hüquqi şəxslərə şamil edilmir.
5. Məhsul “AtaSığorta” ASC-nin əməkdaşları və onların ailə üzvlərinə şamil edilmir.
                  
 
  
Tural




 
Bölməyə aid digər xəbərlər
25.05.2019
İyulda Bakıda Azərbaycan-Əfqanıstan Birgə İşçi Qrupunun ilk iclası keçiriləcək
25.05.2019
Bakı–Tbilisi–Ceyhan boru kəmərinə ilk neftin vurulmasından 14 il ötür
25.05.2019
Bakı Limanının əməliyyatlarının 85 faizi tranzit əməliyyatlarıdır
25.05.2019
“Made in Azerbaijan” məhsulları Çindao sərgisində nümayiş olunur
25.05.2019
Əmək və sosial müdafiə sahəsində Rusiya ilə əməkdaşlıq müzakirə edilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10790

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 Erməni əsilli gimnast: Mxitaryanın yerində olsaydım, komandamla birgə Bakıya gələrdim
5 Vahid Rzayev:”Səhər gördük ki, ermənilər arxiv sənədində özlərinə sərf etməyən hissəni qayçı ilə kəsiblər”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info