“Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən layihələr qitələri birləşdirir”
Tarix: 09.02.2018 | Saat: 16:15:00 | E-mail | Çapa göndər


"Azərbaycan yürütdüyü çoxistiqamətli, tarazlaşdırılmış və müstəqil xarici siyasəti sayəsində regional əməkdaşlıq mərkəzi rolunda çıxış edir".
 
Bu sözləri xarici işlər naziri Elmar Məmmədyarov Fransaya səfəri çərçivəsində Fransa parlamentinin “Le Journal Du Parlement” jurnalına müsahibəsində deyib. O bildirib ki, qonşu dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi Azərbaycanın xarici siyasətinin prioritet istiqamətidir: “Azərbaycan-İran-Rusiya formatında olan əməkdaşlığı şərtləndirən vacib layihələrdən biri Şimal-Cənub nəqliyyat dəhlizidir. Bu layihə 3 ölkənin dəmir yolu sisteminin birləşdirilməsi ilə Hind okeanından Şimal Avropaya doğru yeni, effektiv və əlverişli nəqliyyat dəhlizinin yaradılmasını özündə ehtiva edir. Azərbaycan qonşu və strateji tərəfdaş ölkələr olan Gürcüstan və Türkiyə ilə Şərq-Qərb nəqliyyat dəhlizini inkişaf etdirir və bu xüsusda, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin 2017-ci ildə işə düşməsi çox sevindirici haldır. Avropa İttifaqının da təcrübəsi göstərir ki, dəmir yolları yalnız infrastruktur olmayaraq xalqların rifahina, insanlararası təmasların artmasına və mədəniyyətlər, sivilizasiyalararası dialoqun gücləndirilməsinə töhfə verən ciddi vasitədir”.
 
Nazir Fransa-Azərbaycan münasibətlərinə də toxunaraq qeyd edib ki, əlaqələr yüksək səviyyədədir və davamlı şəkildə müxtəlif istiqamətlər üzrə inkişaf edir. Onun sözlərinə görə, Azərbaycan Fransanın Cənubi Qafqaz regionunda əsas ticarət tərəfdaşıdır: “Biz Avropa İttifaqında əsas tərəfdaşlarımızdan olan Fransa ilə beynəlxalq təşkilatlar çərçivəsində də əməkdaşlığı inkişaf etdirməkdə maraqlıyıq. Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığı məsələsində Fransa ilə təmaslarımız çox vacibdir. Azərbaycan dünyəvi müsəlman dövləti olaraq Avropa və Asiya, Avropa və İslam dünyası arasında dialoq və əməkdaşlıq körpüsüdür. Azərbaycan bütün region üçün sabitlik və təhlükəsizlik amili olaraq, ekstremizmin qarşısının alınmasında mühüm rola malikdir. Qeyd etdiyimiz kimi, Azərbaycan eyni zamanda inkişaf amilidir, belə ki, Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən layihələr qitələri birləşdirir, Asiya, Qafqaz və Avropa boyunca yeni iş yerlərinin açılmasına xidmət edir. Biz ümidvarıq ki, Avropa İttifaqı və üzv dövlətlər Azərbaycanın regionda və dünyada oynadığı vacib rolu yaxından başa düşürlər”.
Tural




 
Bölməyə aid digər xəbərlər
15.01.2019
Tural Gəncəliyev: “Paris görüşü irəliləyişin əldə olunmasına ümidlərimizi artırır”
15.01.2019
Müdafiə Nazirliyi gizir hazırlığı kursuna qəbul elan edir
15.01.2019
Gürsel İsmayılzadə Yaponiyada səfir vəzifəsindən geri çağırılıb
15.01.2019
Nazirlər Kabineti Aparatının növbəti iclası keçirilib
15.01.2019
Arif Alışanov AzTV-nin sədri vəzifəsindən azad edildi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10561

1 “Azərbaycan güclü ölkə kimi dünya miqyasında özünü təsdiqləyib”
2 Xocalı tarixi və mədəniyyəti
3 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
4 Azərbaycan Dövlət Pedaqoji Universitetində doktoranturaya və dissertanturaya qəbul başlanıb
5 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info