Lahıcın qazlaşdırılması işlərinə başlanılıb
Tarix: 09.02.2018 | Saat: 16:16:00 | E-mail | Çapa göndər


İsmayıllı rayonunun ucqar dağ kəndinin qazlaşdırma işlərinə başlanılıb.
 
SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyindən verilən məlumata görə, ölkə başçısının ucqar kənd və qəsəbələrin qazlaşdırılması barədə tapşırığına uyğun olaraq SOCAR-ın “Azəriqaz” tərəfindən Lahıc kəndinin qısa zamanda təbii qazla təmin olunması üçün qazlaşdırma işlərinə başlanılıb.
 
Layihəyə uyğun olaraq kənddə yerləşən 510 evin qazlaşdırılması üçün 19 300 metr uzunluğunda müxtəlif diametrli metal və polietilen borulardan ibarət daşıyıcı qaz kəmərlərinin, 20 800 metr uzunluğunda müxtəlif diametrli metal borularla paylayıcı qaz xətlərinin, eyni zamanda mətbəxdə yerləşən qaz cihazına qədər 7 900 metr mənzildaxili qaz borularının çəkilməsi, hər bir mənzilin qaz sayğacı və fərdi tənzimləyici ilə təmin olunması nəzərdə tutulub.
 
Bu ilin yanvar ayının əvvəlindən işlərə başlanılıb, ancaq dağlıq relyef olduğundan texnikanın işləyə bilməməsi, qaz borularını işçilərin əlləri ilə həmin ərazilərə daşıması, havanın şaxtalı, qarlı olması və qaz kəmərlərinin keçəcəyi qayalıq ərazilərin çapılması kimi çətinliklərə baxmayaraq qazlaşdırma işlərinin bu ilin may ayının sonlarına kimi başa çatdırılması planlaşdırılıb.
 
Qeyd edək ki, Azərbaycanın şimalında, Böyük Qafqaz sıra dağlarının cənub yamacında dəniz səviyyəsindən 1500 metr hündürlükdə yerləşən İsmayıllı rayonunun Lahıc kəndi Babadağ və Niyaldağ silsilələri ilə əhatə olunub. Çətin coğrafi mövqedə yerləşməsinə baxmayaraq, füsunkar təbiətə malik olan kənd istər tarixi abidələri, istərsə də misgərlərin, zərgərlərin, dülgərlərin, xalçaçıların və s. ustaların yaratdıqları maddi-mədəniyyət nümunələri ilə məşhurdur. Bütün bunlar isə öz növbəsində Lahıc kəndinin turizm bölgəsinə çevrilməsində əvəzsiz rol oynayır.
 
Məhz son illərdə Azərbaycan prezidenti İlham Əliyev regionların sosial iqtisadi inkişafı və turizm potensialından daha səmərəli istifadə olunması istiqamətində apardığı islahatlar Lahıcın da həyatında özünü göstərir. Prezidentin tövsiyələrinə uyğun olaraq Lahıc kəndində turizmin inkişafı, həmçinin burada yaşayan əhalinin sosial rifahının yüksəldilməsi məqsədilə infrastrukturun yaxşılaşdırılması üçün ciddi tədbirlər görülür.
Tural




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Yaponiyanın dəstəyi ilə Balakənin iki kəndində su təchizatı layihəsi həyata keçirilib
24.09.2018
Avropalı qonaqlar Naxçıvan Dövlət Universitetində
24.09.2018
Yaz-yay mövsümündə Balakənə 22 mindən çox turist gəlib
24.09.2018
Cəlilabadda 16 artezian quyusu qazılıb
24.09.2018
Havanın temperaturu enəcək, leysan yağacaq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info