“Bakı-Tbilisi-Qars, Qəzvin-Astara dəmir yollarının açılışı kütləvi  turizmin inkişafına təkan verəcək” 
Tarix: 09.02.2018 | Saat: 17:03:00 | E-mail | Çapa göndər


Azərbaycan Turizm Assosiasiyasının (ATU) xüsusi iclası keçirilib. İclasda çıxış edən ATU sədri Nahid Bağırov bildirib ki, son illərdə Azərbaycanda gəlirli sahə olan turizmin inkişafı diqqət mərkəzində saxlanılır.
Onun sözlərinə görə, Azərbaycanda turizmin inkişafı üçün lazım olan infrastruktur yaradılıb: "Mədəniyyət və Turizm Nazirliyi turizm sahəsinin inkişafı üçün qanunvericilik bazasının təkmilləşdirilməsi üçün “Turizm haqqında” yeni qanun layihəsi hazırlayıb. Hazırda qanun layihəsi aidiyyəti qurumlarla razılıq mərhələsindədir.  Bundan başqa, 2016-2025-ci illər üçün Azərbaycanda turizmin inkişaf strategiyası hazırlanıb".
Yaxın gələcəkdə ölkədə yeni turizm növlərinin tətbiq ediləcəyini vurğulayan sədr qeyd edib ki, Bakı-Tbilisi-Qars, Qəzvin-Astara dəmir yollarının açılışı kütləvi  turizmin inkişafına təkan verəcək: "Azərbaycanda turizm sahəsində kadrların hazırlanmasına böyük önəm verilir. Azərbaycan Turizm Assosiasiyası respublikada ekskursiya bələdçilərinə tələbatı nəzərə alıb, öz nəzdində Bakı ekskursiya bürosu yaradıb. Eyni zamanda yeni ekskursiya marşrutları və mövzuları işlənib hazırlanır. Respublikada turizm üzrə Strateji yol xəritəsi təsdiq olunub. Yol xəritəsinə görə Azərbaycan 2020-ci ilə hədəflərə çatmalı və dünyanın aparıcı turizm ölkəsinə çevrilməlidir. Ölkəmizin turist cəlbediciliyinin artırılması baxımından Azərbaycan prezidenti İlham Əliyevin 2016-cı il 1 iyun tarixində imzaladığı “Elektron vizaların verilməsi prosedurunun sadələşdirilməsi və “ASAN Viza” sisteminin yaradılması haqqında” fərmanın önəmini xüsusi qeyd etmək lazımdır”.
O qeyd edib ki, Azərbaycan turizm sahəsinin hələ də böyük inkişaf potensialı var və bu potensialın üzə çıxarılması dövlət rəhbərliyinin dəstəyi olmadan mümkün deyil. Buna görə də hər birinizi prezident seçkilərində fəal iştirak etməyə çağırırıq".

Nigar




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
İlk “KOB Dostu” sahibkarların xidmətində
21.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edib
21.09.2018
“Azərenerji”: Ölkə enerjisi sistemində təxirəsalınmaz tədbirlərin həyata keçirilməsinə başlanılıb
21.09.2018
“Əsrin müqaviləsi” Azərbaycanın dirçəlişinə, iqtisadi inkişafına geniş yol açıb
21.09.2018
“Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması tarixi hadisədir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10129

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info