BANM-in iki tələbəsi “İlin tələbəsi” adına layiq görülüb
Tarix: 09.02.2018 | Saat: 17:08:00 | E-mail | Çapa göndər


Bakı Ali Neft Məktəbinin (BANM) iki tələbəsi - kimya mühəndisliyi ixtisası üzrə təhsil alan dördüncü kurs tələbəsi Nərmin Abdullazadə və neft-qaz mühəndisliyi ixtisası üzrə təhsil alan beşinci kurs tələbəsi Rəşad Nəzərəliyev Böyük Britaniyanın Heriot-Vatt Universiteti tərəfindən “İlin tələbəsi” fəxri adına layiq görülüblər.
BANM-dən bildiriblər ki, Heriot-Vatt Universiteti tərəfindən hazırlanan sertifikatlar rektor Elmar Qasımov tərəfindən tələbələrə təqdim edilib.
2012-ci ildən neft-qaz sektoru üzrə kadr hazırlığında dünyanın aparıcı ali məktəblərindən olan Heriot-Vatt Universiteti ilə əməkdaşlıq edən BANM-də təhsil həmin universitetin tədris proqramları əsasında həyata keçirilir. Bu əməkdaşlıq çərçivəsində BANM-in kimya mühəndisliyi və neft-qaz mühəndisliyi ixtisasları üzrə imtahanlar Heriot-Vattı Universitetinin məsul mütəxəssisləri tərəfindən aparılıb. Nəticədə, Heriot-Vatt Universiteti bütün filiallarında və tərəfdaş universitetlərdə il ərzində akademik göstəricilərinə görə ən yüksək nəticə əldə edən tələbələr arasında BANM-in iki tələbəsini seçərək mükafatlandırıb.
N.Abdullazadə semestr imtahanlarının nəticələrinə əsasən 50 nəfər arasından Heriot-Vatt Universitetinin tələbəsi kimi seçilərək ikili diplom proqramına qoşulmuş 21 tələbədən biridir. Heriot-Vatt Universitetinin keçirdiyi imtahanlarda ortalama balına görə isə həmişə ilk beşlikdə olub. O, həmçinin ümummilli lider Heydər Əliyevin ildönümünə həsr olunmuş konfranslarda məruzələrlə çıxış edib. BANM-də təhsil aldığı müddətdə müxtəlif müəssisələrdə istehsalat təcrübəsi keçib.
R.Nəzərəliyev 2009-2010-cu illərdə kimya fənni üzrə keçirilən respublika fənn olimpiadasında birinci yeri tutub. O, ümummilli lider Heydər Əliyevin ildönümünə həsr olunmuş konfranslarda məruzələrlə çıxış edib, BP-də təcrübə və yay kursu keçib.
Qeyd edək ki, N.Abdullazadə Bakı Ali Neft Məktəbinə 652, R.Nəzərəliyev isə 677 balla daxil olublar.
Nigar




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Müdafiə Sənayesi Nazirliyi ilə “ASELSAN” şirkəti arasında memorandum imzalanıb
25.09.2018
“Şahdağ” rusiyalı turistlər üçün ən yaxşı dağ-xizək kurortlarının ilk üçlüyünə daxil edilib
25.09.2018
“Bakcell“dən maraqlı aksiya və onlayn müsabiqə: DaimOnline
25.09.2018
AQTA-nın vətəndaşlara müraciəti
25.09.2018
Mübariz Qurbanlı Mingəçevirdə vətəndaşların müraciətlərini dinləyib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info