Gəndob-Xaçmaz-Yalama avtomobil yolunun bir hissəsi bərpa olunur
Tarix: 09.02.2018 | Saat: 17:52:00 | E-mail | Çapa göndər


Prezident İlham Əliyevin “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda yol infrastrukturunun yenidən qurulmasının davam etdirilməsi ilə bağlı çıxışından irəli gələn tövsiyə və tapşırıqlarına əsasən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi cari ildə ümumi uzunluğu 2 min km-dən artıq olan və respublika üzrə bütün rayonları əhatə edən 102 yol infrastrukturu layihəsinin həyata keçirilməsini planlaşdırır. Bura magistral, respublika və yerli əhəmiyyətli yollar daxildir.
 
Agentlikdən verilən xəbərə görə, sözügedən layihələrə uyğun olaraq artıq bir çox yollarda yenidənqurma və tikinti işlərinə start verilib.
 
Bu cür yollardan bir neçəsi Xaçmaz rayonunda yerləşir. Bura M1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi, həmçinin respublika əhəmiyyətli R1 Gəndob-Xaçmaz-Yalama avtomobil yollarının bir hissəsi və 1 kəndlərarası avtomobil yolu daxildir. Sadalanan bu yolların ümumi uzunluqları 152.2 km təşkil edir və 118 min əhalinin yaşadığı 125 yaşayış məntəqəsini əhatə edir.
 
Sözsüz ki, bu yolların yenidən qurulması vətəndaşların rahat gediş-gəlişini təmin edəcək, həm də sənayenin, kənd təsərrüfatının və turizmin inkişafına səbəb olacaq. Respublika əhəmiyyətli R1 Gəndob-Xaçmaz-Yalama avtomobil yolunun 24 km-lik Xaçmaz-Xudat hissəsinin bərpası layihəsi kimi. Çünki sözügedən bu yol uzun illər istismar olunduğundan, yolun hərəkət hissəsində çökmələr, sürüşmə xarakterli deformasiyalar əmələ gəlmişdi və əsaslı şəkildə təmirinə ehtiyac yaranmışdı.
 
R1 Gəndob-Xaçmaz-Yalama avtomobil yolunun Xaçmaz-Xudat hissəsi III texniki dərəcəyə uyğun bərpa olunur. Tikinti layihəsinə uyğun yolun köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınır, zəruri olan yerlərdə yol yatağı bərkidilir, həmçinin çiyin hissələrin də xüsusi material verilərək bərkidilməsi işləri aparılır. Yolun hərəkət hissəsi hazır olan ərazilərdə isə artıq asfaltlanma işlərinə başlanılıb. Bu işlər yolun hərəkət hissəsi 7,5 m enində nəzərə alınmaqla və 3 layın döşənməsi işləri aparılmaqla 180 min kv.m sahəni əhatə edəcək.
 
Yolun Xaçmaz şəhərində keçən hissəsində atmosfer yağıntıları zamanı yaranan gölməçə probleminin aradan qaldırılması üçün təqribən 5 km uzunluğunda yeni yağış-kanalizasiya sistemi qurulur, yol kənarlarına yağış barmaqlıqları düzülür. Bundan başqa mövcud piyada səkilərinin bərpası işləri də aparılaraq kənarlarına yeni səki daşları düzülür. Layihəyə uyğun yol boyu zəruri olan yerlərdə yolun altından suların ötürülməsi üçün müxtəlif diametrli dəmir-beton boruların quraşdırılması işləri də aparılır.
 
 Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında texnoloji ardıcıllığa riayət olunmaqla aparılan bərpa işləri yol boyu yerləşən 59 yaşayış məntəqəsinin 54 min nəfər əhalisinin gediş-gəlişinin rahatlaşmasına gətirib çıxarmasından başqa, yolda istifadə edən  xarici qonaqların və turistlərin də rahat şəkildə mənzil başına çatmasına imkan yaratmaqla yük və sərnişin daşımasının asanlaşmasına gətirib çıxaracaq.
 
Tərtib olunmuş qrafikə uyğun işlərin qısa müddət ərzində aparılaraq yekunlaşdırılması planlaşdırılır. Bunun üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb olunub.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.03.2019
Abşeronlular Novruz bayramını əsgərlərlə bir yerdə qeyd ediblər
21.03.2019
Naxçıvanda yeni məscid inşa olunur
21.03.2019
Qarabağa şölə saçan Novruz tonqalları
20.03.2019
Əcnəbi tələbələr: Novruz bayramı Naxçıvanda daha möhtəşəm keçirilir
19.03.2019
Lənkəranda kimsəsiz uşaqlar üçün Novruz şənliyi təşkil edilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
3 Yuliya Naçalova vəfat edib
4 Fransız heykəltəraş Mauro Kordanın sərgisi
5 Məhkum edilmiş bir sıra şəxslər əfv olundu


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info