Hərbçilər üçün ekzoskelet yaradılıb
Tarix: 09.02.2018 | Saat: 18:40:00 | E-mail | Çapa göndər


Çinin “Norinco” Dövlət Korporasiyası istifadəçiyə xüsusi səy göstərmədən 45 kiloqramadək yükləri daşımağa imkan verəcək yeni nəsil ekzoskeletin prototipi üzərində işi başa çatdırıb.
“ICTnews” Elektron Xəbər Xidməti yazır ki, 3 il əvvəl yaradılan əvvəlki versiyada hidravlika və akkumulyatorlarla bağlı problemlər olub. Yeni prototipdə çatışmazlıqlar aradan qaldırılıb, eləcə də onun konstruksiyası istifadəçilər üçün yüngülləşdirilib və rahatlaşdırılıb. Tamamlanmış hidravlik və pnevmatik ötürücülər, eləcə də ekzoskeletin yüngül karkası ondan istənilən yerdə rahat istifadəyə imkan verir. Bununla yanaşı, onu geyinmiş insan yüklərin nəqli üçün 5 dəfə az güc sərf edəcək.
Bildirilir ki, konstruksiya çəkisinin azaldılması batareyadan daha səmərəli istifadəyə imkan verib. Hazırda ekzoskelet daha çox və yaxşı işləsə də, texnologiyanın hərbçilərin sifarişi ilə hazırlanması səbəbindən onun barəsində dəqiq məlumatlar verilmir. Lakin məlumdur ki, yeni ekzoskelet saatda 4 km sürətlə 10 km məsafəni qət etməyə imkan verən əvvəlki versiyadan daha yaxşıdır.
Məlumata görə, ekzoskeletlərdən, həmçinin dinc məqsədlər naminə tətbiq edərək onları fiziki imkanları məhdud insanlar üçün köməyə uyğunlaşdırmaq və ya anbar və ya quraşdırma sexlərini onlarla təchiz etməklə yükdaşıyanlar və montajçılar üçün daha rahat iş şəraiti təmin etmək olar.


Mahmud




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Rusiyadan Ermənistana gedən magistralda 600-ə yaxın avtomobil qalıb
17.11.2018
Suriyada uşaqlardan ibarət terrorçu dəstələr yaradılıb
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib
16.11.2018
ABŞ Gülənin ekstradisiyasının yollarını axtarır
16.11.2018
Gürcüstandan Rusiyaya gedən avtomagistral yol bağlanıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10493

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info