Yaradıcı birlik və təşkilatlar İlham Əliyevin prezidentliyə namizədliyini dəstəkləyiblər
Tarix: 09.02.2018 | Saat: 18:45:00 | E-mail | Çapa göndər


M. Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında ölkədəki yaradıcı birlik və təşkilatların rəhbər şəxsləri və üzvləri prezident seçkilərinə həsr edilmiş toplantı keçiriblər.
Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar Rzayev Azərbaycanda dövlət səviyyəsində aparılan mədəniyyət siyasəti haqqında danışıb. Birlik sədri qeyd edib ki, Prezident İlham Əliyev mədəniyyətə və incəsənətə hər zaman diqqət və qayğı ilə yanaşıb: “Ölkə başçısı ədəbiyyatla bağlı çox mühüm işlərin görülməsi üçün tapşırıqlar verib, kitabların latın qrafikası ilə çap olunması ilə bağlı sərəncam imzalayıb. Yazıçılar Birliyinin 80 illik yubileyi yüksək səviyyədə keçirilib, birliyin binası müasir səviyyədə təmir olunub”. Xalq Yazıçısı əlavə edib ki, bütün bunlar qarşıdakı seçkidə İlham Əliyevə səs verməyə əsas verir. 
Azərbaycan Bəstəkarlar ittifaqının sədri, xalq artisti Firəngiz Əlizadə isə son illərdə Azərbaycanda musiqi sahəsində görülən işlərdən danışıb. O, ölkə başçısının və Heydər Əliyev Fondunun prezidenti, I vitse-prezident Mehriban Əliyevanın incəsənət xadimlərinə münasibətinin nümunəvi olduğunu diqqətə çatdırıb: “Biz sabit, əmin-amanlıq olan ölkədə yaşayırıq. Musiqimiz inkişaf edir, yeni əsərlər yazılır. Dövlət tərəfindən hər zaman diqqət görürük. Bu şəraiti bizə yaradan ölkə başçımızdır və biz yenə də səsimizi İlham Əliyevə verəcəyik”. 
Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov, Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Akademik Milli Dram Teatrının bədii-rəhbər direktoru Azər Paşa Nemətov, Memarlar İttifaqının sədri Elbəy Qasımzadə, Kinematoqrafçılar İttifaqının sədri Şəfiqə Məmmədova, Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli, Aşıqlar Birliyinin sədri Məhərrəm Qasımzadə, xalq yazıçısı Çingiz Abdullayev, xalq artistləri Hacı İsmayılov, Amaliya Pənahova, Afaq Bəşirqızı ölkə başçısının mədəniyyət və incəsənət sahəsinin inkişafı üçün atdığı addımlardan danışıb, aprelin 11-də keçiriləcək prezident seçkilərində İlham Əliyevə səs verəcəklərini vurğulayıblar.
Qeyd olunub ki, ölkə başçısı təkcə mədəniyyət sahəsinə yox, bütün sahələrin inkişafı üçün məqsədyönlü və qətiyyətli siyasət aparır.         
Sonda xalq yazıçısı Anar yaradıcı təşkilatlar adından qəbul olunmuş müraciəti oxuyub və müraciət iştirakçı təşkilatlar tərəfindən imzalanıb.

Nigar




 
Bölməyə aid digər xəbərlər
20.08.2019
Saakaşvili: “Qarabağ Azərbaycandır, bütün dünya bu fikirdədir”
20.08.2019
Xalq “5-ci kolon”a şans verməyəcək
20.08.2019
Ordumuzda olan, 3000 metr məsafədə helikopteri məhv edən “İqla S“ raket kompleksi
19.08.2019
“Ulduzu barışmayan” AXCP-ReAl
19.08.2019
Gürcüstanla Dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə dövlət komissiyalarının ekspertlərinin işçi görüşü olub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10867

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
4 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
5 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info