Ötən il 5 mlrd. manata yaxın kredit verilib
Tarix: 09.02.2018 | Saat: 21:29:00 | E-mail | Çapa göndər


“Müştərilər haqqında mümkün olan bütün məlumatları toplayıb, bu məlumatları emal edirik. Ancaq təəssüf ki, bu gün bütün məlumatları avtomatik olaraq hər hansı bir bazadan almaq mümkün deyil”. Bunu Azərbaycan Banklar Assosiasiyasının sədri Zakir Nuriyev bildirib.
 
Onun sözlərinə görə, müştəri vasitəsilə bu məlumatların toplanılması və emalı həm zaman etibarı ilə vaxt alır, həm də kreditlərin verilməsi zamanı maya dəyərini yüksəldir: “Kredit  Bürosunun yaradılmasına əsas məqsədlərdən bir də ondan ibarətdir ki, bu cür məlumat bazası bir yerdə formalaşmış olsun, vətəndaşın bütün mümkün məlumatları, yəni kommunal xidmətlər, həmçinin bank və maliyyə sektorunda olan məlumatları vahid bazaya toplanmış olsun və orada emal olunaraq banklar yalnız özünə lazım olan məlumatı almış olsun”.
 
O qeyd edib ki, artıq müştəri banka yaxınlaşdığı zaman, sürətli bir şəkildə bu məlumatı əldə edə biləcək: “Yəni, biz də anında müştəriyə verə biləcəyimiz məbləğdə kreditləri hesablaya biləcəyik. Bildiyiniz kimi, bir çox banklar öz sistemlərində buna bənzər kalkulyatorları qurublar. Vətəndaşlar da burdan ala biləcəyi kreditləri müəyyənləşdirə bilir. Lakin, bu, həm prosesin uzanmasına, həm də maliyyənin yüksəlməsinə səbəb olur. Vahid baza olduqdan sonra biz bunu daha sürətlə həyata keçirə biləcəyik, həm də  kredit daha ucuz başa gələcək. Bu da imkan verəcək ki, banklar hüquqi, xüsusən də fiziki şəxslərin kreditləşdirilməsini daha da genişləndirə bilsinlər”.
 
Z. Nuriyev qeyd edib ki, 2017-ci ildə banklar tərəfindən 5 mlrd. manata yaxın kredit verilib: “Hədəfimiz 2018-ci ildə bu rəqəmin xeyli yüksəldilməsindən ibarətdir. Düşünürəm ki, həyata keçirdiyimiz bu cür layihələr imkan verəcək ki, kreditləşmənin həcmini artıraq”.

Fuad




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Torpağın təyinatına zidd istifadəsi ilə bağlı 2 nəfər cərimələnib
19.09.2018
SOCAR Xəzərdə yeni perspektiv strukturların axtarışları üçün xarici şirkətləri cəlb edir
19.09.2018
AHİK sədri: “Azərbaycan ilə BƏT arasında əməkdaşlıq müxtəlif sahələrin inkişafına töhfə verir”
19.09.2018
“Buta Airways”in yeni təyyarəsi Günnüt kəndinin şərəfinə adlandırılıb
19.09.2018
Rəqəmsal Ticarət Qovşağının konfransında qeyri-rezidentlərə elektron imza veriləcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10120

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info