“ArmenianReport”: “Bu gün Ermənistanda hər şey yalan üzərində qurulub”
Tarix: 09.02.2018 | Saat: 21:47:00 | E-mail | Çapa göndər


Hökumət gözəl hesabatlar təqdim edir, lakin bütün bu deyilənləri adi bir erməni özündə hiss edirmi? Təbii ki, hakimiyyət nümayəndələrinin dedikləri sadə, kasıb erməni üçün başadüşülən deyil. Necə ki, bir müddət bundan əvvəl erməni baş nazir Karen Karapetyanın pis oyunu ilə yaxşı bir oyunçu olduğunu ortaya qoymaq cəhdi məhz bu qəbildəndir. Beləliklə, Karen Karapetyan Ermənistan parlamentindəki Hökumət Saatında özünü öyərək ölkədə iqtisadi artımın 7,7 faiz olduğu barədə məlumat verib. Maraqlıdır ki, erməni nazir bunun «regionun, və ümumiyyətlə MDB məkanının ən yüksək göstəricisi" olduğunu deməklə yanaşı,Ermənistandakı 2,6 faizlik qiymət artımını isə ətraf dövlətlərlə müqayisədə ən aşağı rəqəm olduğunu bildirib.
Karapetyanın deməsindən belə başa düşülür ki, Ermənistan planetin ən yaxşılarındandır. Hətta bunları deyən baş nazir bəzi ölkələrlə paralellər aparmağı da unutmayıb. Onun dediyinə görə, ötən il- 2017-ci ildə ixrac 2016-cı ilin eyni dövrü ilə müqayisədə 43,3 faiz artıb. Ölkədə yaşananların- kommunal xərclərin, təbii qazın qiymətindəki artımın üstündən sükutla keçən baş nazir, əldə edilən «uğurlarda» hökumətin rolu olduğunu, hətta Ermənistana cəlb edilmiş investisiyaların həcminin aşaraq «fontan» vurduğunu söyləyib. Lakin, maraqlısı budur ki, Karapetyan Ermənistana sərmayə qoyan investorların adını çəkməkdən imtina edib.
Ermənistan baş nazirinin müavini, islahatlar naziri Vaçe Qabrielyan da öz şefindən geri qalmaq istəməyərək, Karapetyanın dediklərini təsdiq etməyə cəhd göstərdi. Lakin şefindən fərqli olaraq, xüsusi rəqəmlər ortaya qoymaqdan vaz keçdi. Bununla belə o, ölkədə korrupsiyaya qarşı geniş mübarizə apardıqlarını sovet üslubunda «təkmilləşdirmə var, amma problemlər də var» şəklində bildirdi. Təbii ki, nazir müavini müəyyən faktlara işarə edirsə, deməli, təkmilləşmədən artıq, problem var.
Sayt belə gözəl nitqlərin ancaq erməni rəhbərlərinə xas olduğunu etiraf edir: «Onların çıxışından belə başa düşülür ki, artıq investisiyalar Ermənistana axır, eksport genişlənməkdədir, korrupsiya riski aradan qaldırılır. Unutmaq lazım deyil ki, xalqı aldatmaq üçün gözəl sözlər demək ölkə prezidenti Serj Sərkisyana da xasdır. Bu gün Ermənistanda elə bil hər şey yalan üzərində qurulub. Müdafiə naziri artıq 7 ildir ki, əsəgərlərə şokalad yedirdəcəyi barədə piarla məşğuldur.
Ancaq yenə də, belə bir sual doğur: «Ermənistandakı adi bir vətəndaş vətəndaş kimi bunları hiss edirmi?»
Adi erməni onun üçün yeni bazarların açıldığını hiss edibmi? Zavodu bağlanmış hər hansı bir erməni fəhləsi, zavodunun yenidən açılacağına ümid edirmi? Rusiyada fəhləlik edən hər hansı bir erməni vətən maraqlarının qorunmasının nə olduğunu anlayırmı? Bunu bugünkü Ermənistanın bütün sahələrinə şamil etmək olar, Bunu həm fəlakət sahəsi olan Gümrüdə sitəmli həyat yaşayanlara, həm də «Metsamor» ətrafında hər an təhlükə ilə üz-üzə qalanlara da şamil etmək olar.
İndi tribunalardan ölkədəki tərəqqidən danışanların Ermənistandakı həyatı yaxşılaşdırmaq üçün
hər hansı bir göstəriciləri varmı? Ən azından, heç olmasa ölkədəki ibtidai ehtiyaclar-ət, yağ, meyvə istehlakı üçün planları varmı? Yəqin çoxlarınız çılpaq kralın nağılı barədə məlumatlısınız. Bu nağılda çılpaq gəzən kralı əhatə edənlər onun nə qədər zövqlə geyindiyini ona inandırmağa çalışırlar. Həmin nağıldakılar bu gün fərqli şəkildə Ermənistanda yaşanır: kral fırıldaqçı, xalq isə çılpaq rolunda”.

Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Qalust Qriqoryanın “yeni kəşfi”
21.09.2018
“Jamanak“: «KTMT İrəvanın bu təşkilatdan ümid gözləməməsini bəyan edir»
20.09.2018
Moldovada Dnestryanı bölgə ilə bağlı referendum keçiriləcək
20.09.2018
Sevak Akobyan: ”Hakimiyyət KİV-ə təzyiqi artıracaq”
20.09.2018
Tevos Arşakyan: ”Paşinyan boş-boş danışmaqla məşğuldur”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info