Güclü zəlzələ Moskvada da hiss edilib
Tarix: 24.05.2013 | Saat: 23:56:00 | E-mail | Çapa göndər


Uzaq Şərqdə güclü zəlzələ baş verib. Zəlzələnin episentri Oxot dənizinə, yer qatından 600 kilometr dərinliyə düşüb. ABŞ Geoloji xidməti zəlzələnin maqnitudasının 8,2 bal olduğunu bildirir. Avropa Zəlzələlərin Monitorinqi Mərkəzi də zəlzələni eyni balla qiymətləndirib.
Bu mərkəz yeraltı təkanların episentrinin Kamçatka vilayətinin Esso yaşayış mərkəzi yaxınlığına düşdüyünü bildirir. Rusiya Elmlər Akademiyası Geofizika Xidmətinin açıqlamasında isə Petropavlovsk-Kamçatkada 7,5 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlar Novosibirsk vilayətində, Krosnouarsk və Kamçatka diyarlarında, Saxalin adasında hiss olunub. Moskva sakinləri də paytaxtda bəzi binaların silkələndiyini bildirirlər. Rusiya Fövqəladə Hallar Nazirliyi Saxalin və Kuril adaları sahillərində sunami təhlükəsi elan edib. Sakinlərdən mümkün qədər hündür ərazilərə qalxmaq tövsiyə olunub. FHN zəlzələ nəticəsində Kamçatkada ölən və yaralanan olmadığını bildirir, dağıntılar da qeydə alınmayıb.




 
Bölməyə aid digər xəbərlər
15.01.2019
Ermənistan parlamentindəki deputatarın əksəriyyəti bilik və təcrübəyə malik deyillər
15.01.2019
Ermənistanda “donuz qripi”ndən ölənlərin sayı ikiyə çatıb
15.01.2019
İran Silahlı Qüvvələri Baş Qərargah rəisinin Azərbaycana səfəri gözlənilir
14.01.2019
Kosaçev: “ABŞ situasiyaya iqtisadi sanksiyalar vasitəsilə nəzarət etməyə çalışır”
14.01.2019
“Belə metodlarla Ankaraya təsir etmək mümkün deyil”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10561

1 “Azərbaycan güclü ölkə kimi dünya miqyasında özünü təsdiqləyib”
2 Xocalı tarixi və mədəniyyəti
3 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
4 Azərbaycan Dövlət Pedaqoji Universitetində doktoranturaya və dissertanturaya qəbul başlanıb
5 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir


16.01 08:19 “Gənclərin sosial dünyası” layihəsinin təlimlərinə start verilib Azərbaycan Respublikasının Gənclər Fondunun (AZGF) maliyyə, “Mingəçevir Gənclər Evi” Sosial Xidmət Müəssisəsinin təşkilati dəstəyi və Turqut Əlibəylinin rəhbərliyi ilə “Gənclərin sosial dünyası” layihəsinin ilk təlimi keçirilib. AZƏRTAC Gənclər Fondunun saytına istinadla xəbər verir ki, layihənin əsas məqsədi gənclərdə internet mediaya marağın artırılması və onlara sosial şəbəkələrdən düzgün istifadə qaydalarının aşılanmasıdır. Bu münasibətlə keçirilən tədbirdə çıxış edən layihə rəhbəri T.Əlibəyli bildirib ki, asudə vaxtlarının böyük hissəsini sosial şəbəkələrdə keçirən gənclər faydalı səhifələrdən istifadə etməklə daha geniş dünyagörüşünə sahib olmaları üçün çalışacaqlar. Təlimin ilk günündə şəhərin müxtəlif təhsil müəssisələrində təhsil alan gənclər iştirak ediblər. Təlimçi Rəşad Qurbanov gənclərə sosial şəbəkələrlə bağlı məlumat verib və onların suallarını cavablandırıb. Həmçinin sosial şəbəkələrin faydalı tərəfləri, xüsusən “Facebook”dan istifadə qaydaları haqqında iştirakçılara praktiki məlumatlar verib. Layihə çərçivəsində 3 təlim nəzərdə tutulub.
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info