“Zirə“ Moldova millisinin üzvünü transfer etdi
Tarix: 10.02.2018 | Saat: 00:12:00 | E-mail | Çapa göndər


“Zirə” daha bir futbolçunu heyətinə qatıb. Paytaxt klubu Moldova milli komandasının üzvü Aleksandr Dedovla anlaşıb. Dedovla 1,5 illik müqavilə imzalanıb.
“Zirə”nin baş məşqçisi Ayxan Abbasov 28 yaşlı yarımmüdafiəçini məhz Azərbaycan-Moldova millilərinin yoldaşlıq görüşündə izləyib. Transferin son günə qədər yubanmasına səbəb Dedovun hazırkı klubu ilə danışıqları yekunlaşdıra bilməməsi idi. Nəhayət, bu danışıqlar müsbət yekunlaşıb və keçid baş tutub.
2012-ci ildən əsas milliyə dəvət alan və 43 görüşdə meydana çıxan yarımmüdafiəçinin karyerasının əsası Moldova liqasına bağlıdır. O, “Daçiya”, “Şerif”, “Zimburu”, “Tırqu Mureş” və son olaraq “Milsami”də oynayıb. Futbolçunun 3 mövsümü əhatə edən uğurlu “Ventsplis” karyerası da var.




 
Bölməyə aid digər xəbərlər
16.02.2019
Azərbaycan Premyer Liqası: “Zirə” - “Neftçi” oyununda hesab açılmayıb
15.02.2019
Boksçumuz beynəlxalq turnirə qələbə ilə başlayıb
15.02.2019
“Arsenal“ BATE ilə bacarmadı
14.02.2019
“Real Madrid” səfərdə, Tottenhem” isə doğma meydanda qələbə qazanıb
12.02.2019
Yurçeviç: Azərbaycan futbolunun inkişafında Qurban Qurbanovun böyük xidmətləri var

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10598

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
3 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)
4 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
5 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info