“Avropa İttifaqı tam olaraq Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü dəstəkləyir“
Tarix: 10.02.2018 | Saat: 00:14:00 | E-mail | Çapa göndər


"Cənub Qaz Dəhlizi həm Azərbaycanın, həm də Aİ-nin maraqlarına xidmət edir"

Aİ rəsmisi: “Ötən il Bakı-Tbilisi-Qars dəmiryol xəttinin açılışı Avropa İttifaqın ilə Azərbaycan, Gürcüstan, Türkiyə və Mərkəzi Asiya nəqliyyatını birləşdirmək istiqamətində addımdır”

"Avropa İttifaqı tam olaraq Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünü dəstəkləyir". Bu sözləri Avropa İttifaqının xarici işlər və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Federika Mogerini xarici işlər naziri Elmar Məmmədyarovla birlikdə Aİ-Azərbaycan Əməkdaşlıq Şurasının 15-ci iclasından sonra keçirilən mətbuat konfransında deyib. Avropa İttifaqının xarici işlər və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi deyib ki, Dağlıq Qarabağ münaqişəsi çox ciddi çağırışdır. O bildirib ki, danışıqların Vyana, Sankt-Peterburq və Cenevrədə yenilənməsi çox vacib irəliləyişdir: “Biz tərəflərin təmas xəttində gərginliyi azaltmaq və danışıqları sürətləndirmək istiqamətdəki razılaşmaları yerinə yetirməsini istəyirik. Status-kvo dayanıqlı deyil və münaqişənin hərbi yolla həlli yoxdur. Münaqişə beynəlxalq qanuna uyğun olaraq siyasi yolla həll olunmalıdır. Avropa İttifaqı ATƏT-in Minsk qrupun vasitəçilik səylərini və təkliflərini dəstəkləyir. O cümlədən bu dəstəyi region üzrə xüsusi nümayəndə və etimad tədbirləri vasitəsi ilə həyata keçirir”. Mogerini bildirib ki, Azərbaycan Aİ üçün vacib tərəfdaşdır: “Biz bu gün əlaqələrimizin ümumi vəziyyətini və əməkdaşlığımızın ikitərəfli aspektlərini müzakirə etdik. Ümid edirəm ki, Avropa İttifaqıilə Azərbaycan arasında yeni saziş üzrə danışıqlar tezliklə bitəcək”. O bildirib ki, ötən il Azərbaycan prezidentinin Brüsselə səfəri bu istiqamətdə vacib məqamı vurğulayıb: “Bu razılaşma əməkdaşlığımızı daha da uğurlu edəcək”. Federika Mogerini deyib ki, Avropa İttifaqı Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır. O bildirib ki, Azərbaycanın xarici ticarət dövriyyəsində Aİ ölkələrinin payı 46,5 faizdir: “Həmçinin Avropa İttifaqının Azərbaycanda ən böyük birbaşa xarici investordur. Azərbaycan hazırda öz iqtisadiyyatının diversifikasiya etmək istəyir. Həmçinin biz Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına daxil olmasını sürətləndirməsini istəyirik. “Cənub Qaz Dəhlizi” bizim enerji sahəsində strateji əməkdaşlığımıza nümunələrdən biridir. Bu layihə həm Azərbaycanın, həm də Avropa İttifaqının maraqlarına xidmət edir. Ötən il Bakı-Tbilisi-Qars dəmiryol xəttinin açılışı Avropa İttifaqın ilə Azərbaycan, Gürcüstan, Türkiyə və Mərkəzi Asiya nəqliyyatını birləşdirmək istiqamətində addımdır”. Elmar Məmmədyarov deyib ki, Azərbaycan və Avropa İttifaqı arasında yeni saziş üzrə intensiv danışıqlar aparılır. O bildirib ki, yeni saziş Azərbaycan və Aİ arasındakı əlaqələrdə yeni mərhələ açır: “İşlər davam etdirilir, asan deyil. Məlumdur ki, Azərbaycan Ümumdünya Ticarət Təşkilatının üzvü deyil. Hazırda bu məsələnin həlli ilə bağlı yol axtarırıq”. Nazir deyib ki, Azərbaycan və Avropa İttifaqı arasında aviasiya sahəsi üzrə imzalanacaq saziş Azərbaycanda turizmin inkişafına daha da təkan verəcək. E. Məmmədyarov bildirib ki, sazişlə bağlı danışıqlar hazırda davam etdirilir. Nazir Avropa İttifaqı və Azərbaycan arasında nəqliyyat sahəsində də dialoqlara ehtiyac olduğunu bildirib: “İnanıram ki, həm enerji, həm də nəqliyyat sahəsində əlaqələr gələcək inkişaf üçün vacibdir”. E. Məmmədyarov fevralın 15-də Bakıda “Cənub Qaz Dəhlizi” Layihəsinin Məşvərət Şurasının dördüncü iclasının keçiriləcəyini xatırladıb: “İnanıram ki, bu il TANAP-ın açılışı baş tutacaq. Azərbaycan və Avropa İttifaqı regional, təhlükəsizlik məsələləri ilə bağlı davamlı fikir mübadiləsi aparırr. Düşünürəm ki, bu fikir mübadiləsi gələcəkdə təkcə Azərbaycan üçün deyil, həm də Avropa üçün faydalı olacaq". Dağlıq Qarabağ münaqişəsinə toxunan nazir həmsədrlərlə bu günlərdə keçirilən görüşü xatırladıb və bir daha vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində və BMT qətnamələri əsasında həll edilməlidir: “Hər şey qətnamələrdə yazılıb”.
Anar




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
“Ölkəmizdə elə bir sahə yoxdur ki, orada qadınlar təmsil olunmasınlar”
13.11.2018
Marko Alvera: TAP-ın inşası 2020-ci ildə başa çatacaq
13.11.2018
Tereza Mey: “Brexit” müzakirələri son mərhələyə çatıb
10.11.2018
ABŞ İrana qarşı hərbi əməliyyat planlaşdırmır
09.11.2018
Ermənistanın KTMT-dəki nümayəndəsinin geri çağırılması təbiidir, çünki rəsmi Yerevan yanlış siyasət yürüdür

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10459

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info