Ermənistanda vəkillər tətil edirlər
Tarix: 10.02.2018 | Saat: 05:28:00 | E-mail | Çapa göndər


Ermənistan parlamenti “Məhkəmə məcəlləsinə” dəyişiklik edir. Bununla bağlı təklif olunan qanun layihəsi təsdiqlənərsə Yerevanda vahid məhkəmə sistemi olacaq. Yeni qanun vəkillərin hüquqlarını da məhdudlaşdıracaq. Belə ki, hakimlər istədikləri vaxt vəkili cərimə edə bilərlər.
Qanun layihəsinə qarşı çıxan hüquq müdafiəçiləri tətilə başlayıblar. Bununla bağlı keçirilən toplantıda vəkillər deyiblər: “Biz o şəxslərik ki, insanların hüquqlarını, maraqlarını müdafiə edirik. Əgər biz özümüz də haqsızlığa məruz qalacaq və buna qarşı çıxa bilməyəcəyiksə o zaman niyə fəaliyyət göstəririk?”.
Vəkillər məsələ ilə bağlı beynəlxalq hüquq təşkilatlarını məlumatlandırıblar. Hüquqşünas Ara Zohrabyan deyib ki, onsuz da bu ölkədə insanların hüquqlarını müdafiə etmək çətindir. Qanunun aliliyi çoxdan süquta uğrayıb. Vəkillərin fəaliyyətini məhdudlaşdırmaqla məhkəmə-hüquq sistemini tamamilə çökdürmək istəyirlər. “Yelk” partiyası parlamentin müzakirəyə çıxardığı “Məhkəmə məcəlləsini” növbəti dəfə boykot edib. Partiyanın sədri Nikol Paşinyan bildirib ki, bu, ölkədə yeni etiraz dalğası yaradacaq. Onsuz da vəkillər üçün son bir il gərgin keçib. Hüquqşünaslar onların peşələrinə, toxunulmazlıqlarına qarşı aparılan hücumlara son qoyulması ilə bağlı dəfələrlə aksiya keçiriblər. Vəkillər məhkəmə iclasları zamanı qanunsuz axtarışlara məruz qalırlar. Bir qrup hüquq müdafiəçisi bu hallara etiraz olaraq aclıq aksiyası keçirsə də vəziyyət düzəlməyib. Bütün bunlar isə Ermənistanda insan hüquqlarına münasibətin dözülməz olduğunu təsdiqləyir. “Yelk” partiyasının deputatları deyiblər ki, onlar bu qanunsuzluqlara göz yummayacaqlar. Çünki hökumət tətbiq edəcəyi cərimələrlə hüquqşünasları susdurmağa çalışır. Bu isə insan haqlarına ziddir.




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Makron: “ABŞ-ın müttəfiqi olmaq vassal dövlət olmaq demək deyil”
15.11.2018
Seçkilər yaxınlaşdıqca Ermənistanda siyasi gərginlik artır
14.11.2018
Ermənistandakı bəzi siyasi qüvvələr parlament seçkilərində iştirakdan imtina edirlər
14.11.2018
Putin: “Rusiya müsəlman ölkələri ilə dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət verir”
13.11.2018
Nazarbayev Asiyada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının yaradılmasını təklif edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10485

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info