Ağcabədidə məhsul buraxılışı 1,7 dəfə artıb
Tarix: 10.02.2018 | Saat: 15:35:00 | E-mail | Çapa göndər



2017-ci il ağcabədililər üçün Prezident İlham Əliyevin noyabrın 27-də Ağcabədiyə səfəri ilə yaddaqalan və əlamətdar olub. Dövlətimizin başçısı səfər zamanı Bayraq Muzeyinin, Ağcabədidə inşa edilmiş körpələr evi-uşaq bağçasının, Olimpiya İdman Kompleksinin, çörək və un məmulatları zavodunun və Tarix-Diyarşünaslıq Muzeyinin yenidənqurmadan sonra açılışında iştirak edib. Səfərdən sonra Ağcabədi şəhərində çoxmənzilli binaların əsaslı təmiri və abadlıq-quruculuq işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalanıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə 2017-ci ilin yekunları ilə bağlı Ağcabədi rayonunda keçirilən yığıncaqda danışılıb.
Yığıncaq iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılan abidəsi önünə gül-çiçək düzüb, sonra mədəniyyət mərkəzinin foyesində Ağcabədidə istehsal edilən məhsulların sərgisinə, rayonun sosial-iqtisadi inkişafını əks etdirən stendlərə və videoçarxa baxıblar.
Rayon icra hakimiyyətinin başçısı Şahin Məmmədovun məruzəsində bildirilib ki, hesabat dövründə “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası istiqamətində ardıcıl tədbirlər görülüb. Ağcabədi şəhərində abadlıq-quruculuq işləri davam etdirilib, Aran kənd 1 saylı körpələr evi-uşaq bağçasının, rayon elektrik şəbəkəsinin inzibati binasının və Rəncbərlər kəndi ərazisində pambıq qəbulu məntəqəsinin tikintisi başa çatdırılaraq istifadəyə verilib, Yuxarı Qiyaməddinli və Hacılar kənd tam orta məktəbləri əsaslı təmir olunub.
Hazırda Ağcabədi şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin icrası, avtovağzalın, şəhər 2 saylı körpələr evi-uşaq bağçası üçün 100 yerlik yeni binanın və rayon ərazisində atçılıq kompleksinin tikintisi, şəhər 7 saylı körpələr evi-uşaq bağçasının əsaslı təmiri davam etdirilir.
Diqqətə çatdırılıb ki, ötən il rayonda iqtisadiyyatın əsas sahələri üzrə məhsul buraxılışının həcmi 481.111,5 min manat olub. Bu, əvvəlki illə müqayisədə 1,7 dəfə çoxdur. Bu dövrdə 29.368,7 min manatlıq sənaye, 166.126,2 min manatlıq kənd təsərrüfatı məhsulları istehsal edilib, əsas kapitala 212.010,9 min manat investisiya yönəldilib, 203.685,3 min manatlıq tikinti işləri görülüb. 2016-cı illə müqayisədə sənaye məhsulları istehsalı 1,9 dəfə, kənd təsərrüfatı məhsulları istehsalı 9,7 faiz, əsas kapitala yönəldilən investisiyalar 5 dəfə, tikinti işləri 5,2 dəfə artıb. İl ərzində 3302-si daimi olmaqla, 5244 yeni iş yeri açılıb.
Yığıncaqda aqrar sahədə əldə olunan uğurlardan danışılarkən bildirilib ki, ötən il rayonda 59 min 126 ton buğda, 10 min 308 ton arpa, 58 min 50 ton şəkər çuğunduru, 4308,4 ton soya, 12 min 296,8 ton tərəvəz, 14 min 287 ton bostan məhsulları, 19 min 156,8 ton dən qarğıdalı, 7 ton günəbaxan, 2246 ton kartof, 12 ton qarabaşaq istehsal edilib. 2017-ci ildə pambıqçılıq və baramaçılığın inkişafında da uğurlar qazanılıb. 9550 hektarda pambıq becərilib, 20 min 497 ton məhsul, həmçinin 16 min 779 kiloqram yaş barama istehsal olunub. İpəkqurdunun yem bazasının təmin edilməsi məqsədilə 142 min tut tingi əkilib.
Çıxışlarda əhalinin təbii qaz, elektrik enerjisi, rabitə və digər xidmətlərlə təminatının yaxşılaşdırılması istiqamətində görülən işlərdən, təhsil, mədəniyyət, səhiyyə sahələrindəki vəziyyətdən də ətraflı bəhs edilib, mövcud problemlərə toxunulub, onların aradan qaldırılması yollarından və 2018-ci ildə görüləcək işlərdən danışılıb.
Prezident Administrasiyasının məsul işçisi Əflatun Rufiyev, Milli Məclisin deputatları Aqil Abbas və Tahir Rzayev yığıncaqda çıxış edərək, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən sosial-iqtisadi inkişafdan, qazanılan uğurlardan, habelə qarşıda duran vəzifələrdən söz açıblar.




 
Bölməyə aid digər xəbərlər
24.03.2019
Azərbaycan və BP Aral dənizində geoloji kəşfiyyat işlərinə başlaya bilərlər
24.03.2019
Türkiyədə ev alan azərbaycanlıların sayı artıb
23.03.2019
Rusiya aviaşirkəti Azərbaycana yeni reyslər açır
22.03.2019
Toxuculuq sənayesində məhsul istehsalı 50 faizə yaxın artıb
20.03.2019
Əhalinin banklardakı pulları 8 milyard manatı keçib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10703

1 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
2 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
3 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
4 Prezident və xanımı Bakıda Novruz şənliyində
5 Prezident Novruz bayramı münasibətilə xalqı təbrik edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info