Erməninin yalanı… və etirafı
Tarix: 10.02.2018 | Saat: 18:40:00 | E-mail | Çapa göndər



Dediyimiz kimi, bir müddət bundan əvvəl Ermənistanın baş naziri Karen Karapetiyanın parlamentindəki Hökumət Saatında ölkəsinin “sürətli inkişafı” barədəki çıxışının cavabı özünü çox gözlətməyib. Belə ki, ermənilərin “1in.am” saytı baş naziri maraqlı faktlar qarşısında qoyaraq, onu ölkədəki problemləri saxtalaşdırmaqda ittiham edib.

Saytın yazdığlna görə, bu gün erməni rəhbərləri təkcə iqtisadi artım baxımından deyil, həm də dövlət və vətəndaşlar arasında olan etibarını itirib: “Baş nazir Karen Karapetyan regionda inflyasiyanın ən aşağı səviyyəsi və iqtisadi artımın isə ən yüksək göstəricisinin məhz Ermənistanda qeydə alındığını bildirir”.
Qeyd edilməlidir ki, Karapetyan bu artımın Avropa səviyyəsində belə qeydə alınmadıgını deməklə, sərçəni lap gözündən vurub. Bəlkə də elə buna görə, baş naziri təvazökar olmağa çagıran sayt onun bəyan etiyi fikirləri ayrı-ayrılıqda iki aspektdən- Gürcüstan və Azərbaycanın timsalında nəzərdən keçirir: “Yaxşı, başa düşdük, Ermənistan indiki göstəriciləri ilə Gürcüstanı arxada qoyub. Onda belə bir sual doğur, niyə ermənilər ucuz dərmanlar, ev əşyaları, Yeni il ərzqları, yay tətili üçün Gürcüstana gedirlər? Çünki bu gün Ermənistanda hökumət və vətəndaşlar fərqli reallıqlarda danışır və ya yaşayırlar. Unutmaq lazım deyil ki, hökumət və vətəndaşlar fərqli reallıqlarda yaşadıqca burada iqtisadi və ya makroiqtisadi statistika nə olursa olsun, yerdən ayrılır. Çünki, mövcud dövlətçilikdə vətəndaşlarla hökumətin qarşılıqlı etimadı olmalıdır”-deyə sayt yazır.
Karapetyanın dediklərinə başqa sual aramayan sayt əminliklə “hökumət ya qəsdən real problemləri saxtalaşdırır, ya da onları təmsil etmir” fikrini oxucuya çatdırır. Sayta görə, burada problem iqtisadi artım göstəricilərində deyil, nə bilmək olar, “bəlkə dogurdan da Ermənistanda, xalqın səfil gündə yaşamasına baxmayaraq, artım 5 faiz olub. Lakin qarşılıqlı güvənliyin olmaması buna inamı azaldır: “Ermənistanda, qarşılıqlı inamın yaradılmasının zəruriliyi yüksək və keyfiyyətli iqtisadi inkişafa gətirib çıxara bilər. Amma yalan statistik məlumatların xalqa sırınması, Ermənistan vətəndaşının öz hökumətindən daha çox Gürcüstan (?) dövlətinə güvənməsinə gətirib çıxarmaqdadır”. Mənim üşün qəribə görünsə də, bunlar erməni saytının fikirləridir.
Maraqlıdır ki, sayt Gürcüstandan fərqli olaraq Azərbaycan barədə xəsisliklə danışarkən bəzi qeyi müəyyənliklərə yol verir və bəlkə də özü də hiss etmədən “bir sıra obyektiv və subyektiv hallara əsaslanaraq” Azərbaycandakı inkişafın Ermənistan üçün əlşatmaz oldugunu etiraf edir.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Avropa İttifaqı vahid kəşfiyyat mərkəzi yaradır
19.11.2018
İranda bahalaşma davam edir
19.11.2018
Ermənistanda bir qrup şəxs istefa tələbi ilə katolikos II Qareginin ofisinə hücum edib
19.11.2018
“Bu gün Ermənistan-Belarus münasibətlərinin böhran həddinə çatdığı göz önündədir”
18.11.2018
Ermənistanda cinayətlərin sayı artır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info