Seçkilərlə bağlı gənclərin və idmançıların respublika toplantısı keçirilib
Tarix: 12.02.2018 | Saat: 17:02:00 | E-mail | Çapa göndər


Bu gün prezident seçkilərində gənclərin və idmançıların namizədinin dəstəklənməsinə həsr olunmuş respublika toplantısı keçirilib.
 
Toplantı Azərbaycan dövlət himninin səslənməsi və Azərbaycan Prezidenti İlham Əliyevin fəaliyyətinə həsr olunmuş sənədli filmin nümayişi illə başlayıb.
 
Tədbirin moderatoru Gənclər Təşkilatları Milli Şurasının sədri Seymur Hüseynov gənclərin prezidentliyə namizədinin həmişəki kimi Azərbaycan Prezidenti İlham Əliyev olduğunu bildirib.
 
Rio Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı, Yunan-Roma güləşi üzrə Avropa çempionu, Birinci Avropa Oyunlarının qalibi Rəsul Cunayev idman sahəsində qazandığı uğurların əsasında Prezident İlham Əliyevin gənclərə, idmana diqqət və qayğısının durduğunu vurğulayıb: "Bu uğurların davamlı olması üçün hamımız Prezident seçkilərində İlham Əliyevə səs verək".
 
"Qarabağ" klubunun futbolçusu Mahir Mədətov hər bir gənc kimi ən böyük arzunun Dağlıq Qarabağı işğaldan azad edilmiş görmək olduğunu söyləyib: "Bu arzumuza çatmaq üçün hər birinizi Prezident İlham Əliyevə səs verməyə çağırıram".
 
Daha sonra Azərbaycanın hər iqtisadi regiondan bir gəncə çıxış edib, regionların inkişafı, gənclərə qayğıdan,  Azərbaycanda gənclərlə bağlı həyata keçirilən xüsusi dövlət proqramlarından söz açıb, region gənclərinin prezident seçkilərinə İlham Əliyevə səs verəcəklərini bildiriblər.
 
Tədbir bədii hissə ilə davam edib.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur
16.11.2018
“Azərbaycanda hakimlərin sayı azdır”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10488

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Monteneqroda Azərbaycanla bağlı sayt fəaliyyətə başlayıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info