“Excelsior Hotel & Spa Baku” ilin otel və SPA kompleksi seçilib
Tarix: 12.02.2018 | Saat: 17:03:00 | E-mail | Çapa göndər


“Excelsior Hotel & Spa Baku” oteli “Business Time” jurnalı tərəfindən ilin otel və SPA nominasiyası üzrə “Azeri Business Award 2017” Milli mükafatına layiq görülüb. Mükafat 10 fevral 2018-ci il tarixində “Azeri Business Award” mükafatının təqdimetmə mərasimində “Excelsior Hotel & Spa Baku” otelinin baş meneceri Turhan Poyraza təqdim edilib.
Təqdimetmə mərasimində otelin baş meneceri Turhan Poyraz “Business Time” jurnalının rəhbərliyini oteli bu mükafata layiq gördükləri üçün təşəkkür edib. Turhan Poyraz bildirib ki, Azərbaycanda turizmin inkişafında “Excelsior Hotel & Spa Baku” otelinin xüsusi yeri var. Otel daim müştəri məmnuniyyətini üstün tutur və oteldə xaricdən gələn qonaqlara ən yüksək xidmət göstərilir.
“Excelsior Hotel & Spa Baku” oteli 2017-ci ildə sosial və biznes yonümlü tədbirlərin keçirilməsində fəal olmuşdur. Otelinin təşkilatçılığı ilə 2017-ci ildə “Baku Fashion 2017” tədbiri, “Yay tədbiri”, turizm ixtisası üzrə təhsil alan tələbələr üçün müxtəlif mövzularda seminarlar və digər tədbirlər keçirilmişdir. “Media Consulting & Services” şirkətinin apardığı monitoqinqə görə “Excelsior Hotel & Spa Baku” oteli Azərbaycanda fəaliyyət göstərən otellər arasında mətbuatda işıqlanan məlumatların sayına görə 2017-ci ilin yanvar, mart, aprel, may, iyun, iyul, avqust, oktyabr və noyabr aylarında birinci olmuşdur.
“Azeri Business Award” mükafatının təsisçisi Azərbaycanda 10 ildir uğurla fəaliyyət göstərən “Business Time” aylıq işgüzar jurnalıdır. Mükafat milli biznesin yeni simasını formalaşdıran, Azərbaycan bazarının ən parlaq və dinamik iştirakçılarına təqdim edilir. Qaliblərin müəyyən edilməsində əsas amil kimi namizədlərin fəaliyyətindəki artım tempi götürülür.

Tural




 
Bölməyə aid digər xəbərlər
19.01.2019
20 Yanvar əlilləri və şəhid ailələrinə birdəfəlik maddi yardmlar verilib
17.01.2019
Dövlət Sosial Müdafiə Fondu tərəfindən ötən il 6148 sanator-kurort göndərişi verilib
17.01.2019
Bu il daha 6400-dən çox şəhid hərbi qulluqçunun vərəsələri birdəfəlik ödəmə ilə təmin ediləcək
16.01.2019
“Bizim həyət” layihəsi paytaxtın Sabunçu rayonunda icra olunur
16.01.2019
Yanvar ayı üzrə pensiyaların maliyyələşdirilməsinə başlandı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info