BANM-ın məzunları 100 faiz işlə təmin olundu
Tarix: 12.02.2018 | Saat: 17:46:00 | E-mail | Çapa göndər


Dünyanın tanınmış universitetlərinin təcrübəsinə əsaslanaraq tədris proqramında ən son texnoloji nailiyyətləri tətbiq edən Bakı Ali Neft Məktəbi (BANM) 2017-ci ildə ilk məzunlarını yola saldı. Keçən il ali məktəbi neft-qaz mühəndisliyi ixtisası üzrə 48 nəfər, kimya mühəndisliyi ixtisası üzrə 54 nəfər – cəmi 102 məzun bitirib.
Qeyd edək ki, məzunların əksəriyyəti artıq aparıcı şirkət və müəssisələrdə işləməyə başlayıb. Bəziləri isə, təhsillərini Azərbaycanın, eləcə də dünyanın nüfuzlu universitetlərində magistratura və PhD pilləsində davam etdirir. Məzunlar arasında ixtisasları üzrə işləyən və eyni zamanda təhsilini davam etdirənlər var. Mühəndislik sahəsində ixtisasları beynəlxalq səviyyədə qəbul edilən BANM-in məzunlarının çalışdığı müəssisələr üzrə statistikası aşağıdakı kimidir:

Şikət/təşkilat
Ümumi say
STAR & PETKIM (TÜRKİYƏ)
24
AZNEFT İSTEHSALAT BİRLİYİ
18
SOCAR POLYMER
6
BAKI ALİ NEFT MƏKTƏBİ
6
HEYDƏR ƏLİYEV adına NEFT EMALI ZAVODU
5
BP
5
HALLIBURTON
2
MAİRE TECNİMONT
2
GİLAN HOLDİNG
2
SCHLUMBERGER
1
SOCAR Baş Ofis
1
SOCAR Ümid MMC
1
AZƏRİKİMYA
1
NİPİ Neftegas MMC
1
CƏMİ
75 nəfər

Qeyd edək ki, ali məktəbin 6 məzunu hazırda müddətli həqiqi hərbi xidmətdədir və xidməti başa vurduqdan sonra onlar əvvəlcədən əmək müqaviləsi bağladıqları Azneft İB-də işə başlayacaq.
Dünyada tətbiq olunan beynəlxalq standartların tələbləri səviyyəsində tədris prosesini həyata keçirən ali məktəbin məzunları enerji sektorunda fəaliyyət göstərən şirkətlərə işə düzəlməkdə çətinlik çəkmirlər. Belə ki, BANM-də təhsil alan tələbələr hər il tədris proqramlarının bir hissəsi kimi həmin şirkətlərin əksəriyyətində istehsalat təcrübə proqramları keçirlər. Bu yolla, məzun olmazdan qabaq həm şirkətlər tələbələri, həm də tələbələr şirkətləri yaxından tanımış olur.
Bundan başqa, enerji sektorunun nüfuzlu şirkətləri ilə sıx əməkdaşlıq və dostluq münasibətləri quran BANM-də mütəmadi olaraq həmin şirkətlərin rəhbər şəxsləri, menecerləri tədris müddəti ərzində tələbələrə master-klasslar, təlim və seminarlar keçir. Bu da tələbələrin həmin şirkətlərin fəaliyyətinə maraq göstərməsinə, gələcəkdə özlərini həmin şirkətlərin əməkdaşı kimi görməsinə imkan yaradır.
Təhsilini davam etdirməyi qərara almış BANM-in məzunlarının ali məktəblər və ölkələr üzrə statistikasını aşağıdakı cədvəldə təqdim edirik:
Universitet
Ölkə
Say
Təhsil pilləsi
Kolorado Mədənlər Məktəbi
ABŞ
1 nəfər
PhD
Bakı Ali Neft Məktəbi
Azərbaycan
14 nəfər
Magistratura
Stanford Universiteti
ABŞ
1 nəfər
Magistratura
Azərbaycan Dövlət İqtisad Universitetinin MBA Proqramı
Azərbaycan
6 nəfər
Magistratura
Hamburq Texnologiyalar Universiteti
Almaniya
2 nəfər
Magistratura
Fredrix Aleksandr adına Nürnberq Universiteti
Almaniya
1 nəfər
Magistratura
Turin Politexnik Universiteti
İtaliya
1 nəfər
Magistratura
Milan Politexnik Universiteti
İtaliya
1 nəfər
Magistratura
Kataloniya Politexnik Universiteti
İspaniya
1 nəfər
Magistratura
Ege Universiteti
Türkiyə
1 nəfər
Magistratura
Debrecen Universiteti
Macarıstan
1 nəfər
Magistratura
Budapeşt Texnologiya və İqtisadiyyat Universiteti
Macarıstan
1 nəfər
Magistratura
Maliyyə və Administrasiya Universiteti
Çexiya
1 nəfər
Magistratura
CƏMİ
1 nəfər Ph.D və 31 nəfər Magistr

Qeyd edək ki, Bakı Ali Neft Məktəbinin əsas məqsədi neft-qaz, kimya və proseslərin avtomatlaşdırılması mühəndisliyi üzrə mühəndislik, texnologiya və dizayn kimi sahələrdə peşəkar ingilis dili bilikləri və bacarıqları olan yeni nəsil mühəndis kadrları hazırlamaqdır.

Nigar




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Yüksək Texnologiyalar Parkında startapçılar ABŞ-ın müvəqqəti işlər vəkili ilə görüşüb
15.11.2018
“Vəkillik dövlət və cəmiyyət arasında münasibətlərin stabilizatorudur”
15.11.2018
Bakıda beynəlxalq konfrans keçirilir
15.11.2018
Mətbuat Şurası ilə AMEA Mərkəzi Elmi Kitabxanası memorandum imzalayıb
15.11.2018
Bakıda Dünya Diabet Gününə həsr olunmuş tədbir keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10481

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info