Dünya Bankı: “Sosial müdafiə sistemində aparılan islahatları dəstəkləyirik”
Tarix: 12.02.2018 | Saat: 19:29:00 | E-mail | Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ölkəmizdə səfərdə olan Dünya Bankının sosial müdafiə üzrə missiyası ilə görüş olub.
 
Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, görüş ölkəmizdə sosial müdafiə, o cümlədən sosial yardım və pensiya siyasətlərində son irəliləyişlər barədə missiyanın məlumatlar əldə etməsi, ünvanlı dövlət sosial yardımı proqramı üzrə texniki yardım layihəsi çərçivəsində gələcək birgə fəaliyyət istiqamətlərinin müzakirə olunması məqsədini daşıyıb.
 
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov respublika əhalisinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində son illərdə atılan addımlar, həyata keçirilən sistem xarakterli islahatlar barədə məlumat verib. Nazir diqqətə çatdırıb ki, ölkədə idarəçilik və əhaliyə xidmət praktikasının yeni çağırışlara uyğun şəkildə və innovasiyalara, elmi-texnoloji yeniliklərə istinad şəraitində modernləşdirilməsi Prezident İlham Əliyevin ölkəmizin dinamik inkişafını stimullaşdıran uğurlu islahatlar proqramının əsas prioritetlərindən biridir: “Bu prioritet əsasında son illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin həyata keçirdiyi sistem xarakterli islahatlar nəticəsində artıq milli əmək və sosial müdafiə sisteminin geniş əhali kontingenti ilə təmasların mövcud olduğu bütün aktual sahələri avtomatlaşdırılmış infrastruktur üzərində fəaliyyət göstərir. Azərbaycanda əmək münasibətləri, sosial müdafiə, əlilliyin qiymətləndirilməsi sahələrində yaradılan və səmərəli idarəetməni, şəffaf xidmətlər şəbəkəsini formalaşdıran elektron sistemlər BMT, Beynəlxalq Telekommunikasiya İttifaqı, Dünya Bankı, Beynəlxalq Əmək Təşkilatı və digər mötəbər beynəlxalq təşkilatlar tərəfindən dünyanın qabaqcıl təcrübələri kimi dəyərləndirilib. Elektron sistemlərin qurulması nəticəsində vətəndaşların müvafiq xidmətlərdən məmurlarla kontaktlar qurmadan, şəffaf və onlayn rejimdə faydalanmasına imkan yaradılıb. Hazırda nazirliyin 30-a yaxın elektron xidməti fəaliyyət göstərir və həmin xidmətlərə böyük sosial tələbin ifadəsi kimi, təkcə son bir ildə onlardan 1 milyon 123 min dəfəyə yaxın, indiyədək isə 24 milyon dəfə istifadə olunub”.
 
S.Müslümov aparılan islahatların Dünya Bankı tərəfindən maraqla izlənilməsi və dəyərləndirilməsindən razılığını ifadə edib: “O cümlədən, ünvanlı dövlət sosial yardım sisteminin bütün prosedurlarının məmur-vətəndaş ünsiyyəti olmadan, tam elektron qaydada, şəffaf şəkildə həyata keçirilməsini təmin edən Vahid Elektron Müraciət və Təyinat Alt Sistemi (VEMTAS) ilə bağlı Dünya Bankının  dəyərləndirməsini xüsusi qeyd etmək olar. Ötən il əməkdaşlarımız bu Təşkilatın müraciətinə əsasən onun Vaşinqton şəhərində (ABŞ) yerləşən mərkəzi ofisi üçün VEMTAS-ın videokonfrans vasitəsilə geniş təqdimatını da keçiriblər”.
 
Hazırda məşğulluq xidmətləri və işsizlik müavinəti sisteminin də avtomatlaşdırılması istiqamətində işlərin artıq yekunlaşmaqda olduğunu qeyd edən nazir həmçinin əmək bazarında işçi qüvvəsinə tələbin ödənilməsinin elektron sistem  üzərində daha səmərəli və çevik təşkilinin əsas hədəflərdən olduğunu bildirib.
 
S.Müslümov pensiya siyasətinin təkmilləşdirilməsi sahəsində ötən il aparılmış islahat tədbiri barədə də məlumat verib. Nazir 2017-ci il iyulun 1-dən pensiya qanunvericiliyində qüvvəyə minən dəyişikliklərin tam sığorta əsaslı pensiya təminatı sisteminə keçidə, bu sistemin pensiyaçıların rifahında təminedici rolunun güclənməsinə imkan yaratmaqla, eyni zamanda, işləyən əhalinin sosial sığorta sistemində iştirakının genişlənməsini stimullaşdırdığını diqqətə çatdırıb: “Ötən dövrdə  Dünya Bankı ilə birgə icra olunan layihələr əmək və sosial müdafiə sahələrinin institusional potensialının qabaqcıl dünya təcrübəsi əsasında təkmilləşdirilməsi üçün qarşıya qoyulan hədəflərə nail olunmasında mühüm önəm kəsb edib. Müvafiq texniki yardım layihəsi çərçivəsində Təşkilatla qarşıdakı dövrdə də fəal əməkdaşlıq üçün aktual iş sahələri var”.
 
Missiyanın rəhbəri, Dünya Bankının aparıcı iqtisadçısı Aleksandra Posarak  hər zaman mərhələsində ölkəmizin sosial müdafiə sistemində yeni irəliləyişlərin şahidi olduğunu, bu sistemdə səmərəliliyin və şəffaflığın, ünvanlılığın təmin edilməsi yönündə pozitiv proseslərin davam etməsindən məmnunluğunu ifadə edib. O, Dünya Bankının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyitərəfindən aparılan islahatları dəstəklədiyini və nazirliklə uğurlu əməkdaşlığını davam etdirməkdə maraqlı olduqlarını vurğulayıb.
 
Görüşdə ölkəmizdə  sosial müdafiə sahələrində aparılan islahatların, yeni elektron sistemlərin tətbiqinin nəticələri, ünvanlı dövlət sosial yardımı proqramı üzrə texniki yardım layihəsi çərçivəsində görülən işlər müzakirə olunub, bu layihə üzrə gələcək əməkdaşlıq istiqamətlərinə dair fikir mübadiləsi aparılıb. 
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10128

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info