Həmyerlimiz İspaniya radiosunda Dağlıq Qarabağ haqqında danışıb
Tarix: 12.02.2018 | Saat: 19:40:00 | E-mail | Çapa göndər


Həmyerlimiz, tanınmış azərbaycanlı politoloq Mahir Qurbanov İspaniyanın məşhur "Radio 2 Luces" radiosuna "Dağlıq Qarabağ Respublikası mövcuddurmu?" sualına şərh edərkən, Azərbaycan həqiqətlərini sözü gedən radionun əhatə etdiyi geniş dinləyici auditoriyasına çatdırmağa müvəffəq olub. 

Əldə edilən məlumata görə, yüksək ispan dili bilik səviyyəsinə malik olan azərbaycanlı politoloqun səs tonundan belə Dağlıq Qarabağın əzəli Azərbaycan torpağı olması və bu günə qədər həmin torpaqların erməni işğalı altında olması həqiqətini öyrənən böyük İspan əhli, bu durumdan bixəbər olduqlarını zaman-zaman bildirməyə başlayıblar. 

Cəsarətli azərbaycanlımızın təşviş və həyəcan dolu həmin şərhini oxucuların diqqətinə çatdırırıq: "Qondarma Dagliq Qarabağ Respublikasi mövcud deyil ve bu əzəli Azərbaycan torpaqlarıdır. Hər zaman da, Azərbaycan torpaqları olacaq!"

Poqram əsnasında BMT-nin qəbul etdiyi amma ermənilər tərəfindən bu günə kimi icra edilməyən qətnamələrdən də, söz açan Mahir Qurbanov Azərbaycanın hər şeyə rəğmən torpaqlarını diplomatik yolla geri qaytarmağın tərəfdarı olduğunu da, vurğulayıb: " Lakin dövlətimiz ya diplomatik, ya da hərb yolu ilə işğal altında olan torpaqlarını geri qaytaracaqdır. Qarbaçov siyasətindən istifadə edərək, Sovetlər Birliyinin dağılmasından sonra ermənilər bizə qarşı etnik temizləmə siyasətini açıq-aşkar aparmağa başladılar. Bu gün də, 20% torpaqlarimız hələ də ermənilərin tapdağı altındadır".
Xatırladaq ki, İspaniyada nüfuzlu və yetəri qədər əhatə dairəsi olan "Radio 2 Luces" radiosuna artıq ikinci dəfədir açıqlama verərək, Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmağa müvəffəq olan Mahir Qurbanov VOİCEPRESS.AZ Beynəlxalq İnformasiya Bürosunun "Azərbaycan İspaniya və Latın Amerikası Media Forumu"nun sədridir.

Fuad




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
13.11.2018
“Ölkəmizdə elə bir sahə yoxdur ki, orada qadınlar təmsil olunmasınlar”
13.11.2018
Marko Alvera: TAP-ın inşası 2020-ci ildə başa çatacaq
13.11.2018
Tereza Mey: “Brexit” müzakirələri son mərhələyə çatıb
10.11.2018
ABŞ İrana qarşı hərbi əməliyyat planlaşdırmır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10473

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info