“Bizim planet”də müzakirə
Tarix: 12.02.2018 | Saat: 19:54:00 | E-mail | Çapa göndər


Bütün ölkə ictimaiyyətinə məlumdur ki, həftəiçi Prezident İlham Əliyev prezident seçkilərinin keçirilməsi ilə bağlı sərəncam verib və Yeni Azərbaycan Partiyası İlham Əliyevin namizədliyini rəsmi şəkildə elan edib.
İlham Əliyevin fevralın 8-də Heydər Əliyev Mərkəzində keçirilən YAP-ın VI Qurultayındakı çıxışı Aztv-də yayımlanan “Bizim Planet” verilişinin müzakirə mövzusu olub. Həftə boyu ictimaiyyətinin əsas diqqət mərkəzində olan həmin qurultayda qeyd olunan vacib məsələlər “Bizim Planet” verilişində ətraflı müzakirə edilib. Yenə də həftənin şənbə günü Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri, politoloq Rufiz Qonaqovun təqdimatında öz tamaşaçıları qarşısına çıxan "Bizim Planet" in bu dəfəki qonaqları Milli Məclisin Komitə sədri, YAP icra katibinin müavini Siyavuş Novruzov və Milli Məclisin Komitə sədri AŞPA-da Azərbaycan Parlament nümayəndə heyyətinin rəhbəri Səməd Seyidov olub.
"Bizim Planet" verilişində Prezident İlham Əliyevin YAP-ın VI Qurultayındakı çıxışı ətrafında müzakirəyə başlamazdan əvvəl mövzu ilə bağlı tədbirdən fraqment təqdim edilib. Fraqmentdə Prezidentin qurultay iştirakçıları qarşısında YAP-ın iyirmi beş illik səlnaməsi, Azərbaycanın getdikcə güclənən beynəlxalq münasibətləri, beynəlxalq arenada öz mövqeyini tutması, qonuşu dövlətlərlə əməkdaşlığın inkişaf etdirləməsi kimi məsələlər təqdim edilib.
“Bizim Planet” analitik verilişində son olaraq Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı Prezidentin çıxışına nəzər salınaraq o qənaətə gəlinib ki, necə ki çətin bir dövrdə müstəqillik əldə edib, ölkəni acınacaqlı vəziyyətdən xilas etməyi bacaran Heydər Əliyev liderliyi və siyasəti ilə dirçələn Azərbaycan bundan sonra da öz rəhbəri ilə qarşıya qoyduğu bütün vəzifələrin öhtəsindən layiqlincə gələcəkdir. Azərbaycanda həyata keçirilən mühüm beynəlxalq tədbirlər, Bakı-Tibilisi-Qars dəmir yolunun istifadəyə verilməsi, beynəlxalq tiribunalarda Azərbaycan həqiqətlərinin səsləndirilməsi, beynəlxalq əhəmiyyətli müxtəlif yarşıların analoqu olmadan ölkəmizdə keçirilməsi kimi hadisələr göstərir ki, Ermənistan-Azərbaycan münaqişəsinin həlli də tezliklə reallaşdırılacaqdır.

Fuad




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
Polşa portalı Prezident İlham Əliyevin Belarusa rəsmi səfərindən yazıb
20.11.2018
Müxalifət islah olunmayacaq
20.11.2018
Belarus Azərbaycanın haqlı və ədalətli mövqeyini dəstəkləyir
20.11.2018
İzmirdə Türkdilli Ölkələrin Parlament Assambleyasının Şura iclası keçirilib
20.11.2018
Daxili İşlər Nazirliyində geniş kollegiya iclası keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info