“ABAD”ın yaranmasından sonra iş axtarmaq məcburiyyətində olmadım”
Tarix: 12.02.2018 | Saat: 20:08:00 | E-mail | Çapa göndər


“ABAD”ın dəstəklədiyi Bakı şəhər sakini Gülçöhrə Dadaşova rəngkarlıq sənəti ilə məşğuldur.
Gəncədə dünyaya göz açmış Gülçöhrə Dadaşova Azərbaycan Memarlıq və İnşaat Universitetini bitirdikdən sonra Moskva şəhərində rəssamlıq ixtisası üzrə təhsil alıb.
“Ən çox sevdiyim iş, əşyaların üzərində xüsusi boyalarla naxışlar çəkib, onlara yeni görkəm verməkdir. Bu iş mənə əvvəllər qazanc yeri deyil, yalnız fantaziyalarımı həyata keçirmək vasitəsi idi. Ona görə digər iş yerləri axtarırdım”.
50 yaşına qədəm basmış xanım-sənətkar “ABAD”ın yaranmasından sonra iş axtarmaq məcburiyyətində olmadığını söyləyir. O deyib: “Artıq öz başım, öz əllərim prinsipi ilə gəlir əldə edirəm. Digər bütün problemlərimi “ABAD” həll edir. İndi işimdən də, yaşayışımdan da çox məmnunam”.
Bundan başqa G.Dadaşova “ABAD”ın sənətkarları ilə tanış olmağından da çox razıdır və buraya həm də maraq dairəsinə uyğun insanlar toplusu prizmasından baxır.
“Vəziyyətin belə ssenarisi məni yeni məhsullar hazırlamağa ilhamlandırdı. Yaxın zamanda yeni, çox orijinal suvenirlər təqdim etmək fikrindəyəm. Bununla da fəaliyyətimin sahəsini artırıram”.
“ABAD”ın sərgi-satış mərkəzlərini gəzib-dolaşmağı sevdiyini bildirən Gülçöhrə Dadaşova deyib: “Turistlərin milli suvenirlərimizə olan marağını gördükcə, fərəhlənirəm. İnanıram ki, çox yaxın zamanda bütün dünya bizim xalq sənətkarlarımızdan danışacaq”.
Tural




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
“Bakcell”in baş sponsorluğu ilə Bakıda M.A.P. festivalı keçiriləcək
24.09.2018
“Bakcell”in baş icraçı direktoru startap və telekommunikasiya sahəsinin rəqəmsallaşması barədə danışıb
24.09.2018
Bakıda Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərin 20-ci Qlobal Forumu işə başlayıb
24.09.2018
AQTA bəzi şirniyyatlarla bağlı məlumatlara aydınlıq gətirdi- “Ozmo”, “Pop kek”, “Tutku”...
24.09.2018
Aİİ bütün tələbələrini dərs vəsaitləri ilə təmin edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info