Səbaildə çoxmənzilli yaşayış binalarının tikintisinə başlanılıb
Tarix: 12.02.2018 | Saat: 21:09:00 | E-mail | Çapa göndər


Səbaildə 2017-ci ildə sosial-iqtisadi inkişaf istiqamətində görülmüş işlərə yekun vurulub və 2018-ci-ci il üçün qarşıda duran vəzifələr müzakirə olunub. Hesabat yığıncağında çıxış edən Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov ötən il Prezident İlham Əliyevin rəhbərliyi altında respublikanın sosial-iqtisadi inkişafı sahəsində əldə olunmuş nailiyyətlər barədə məlumat verib, il ərzində rayonda görülmüş işləri təhlil edərək həlli vacib olan problemlərin aradan qaldırılması yollarından danışıb.
Bildirilib ki, ölkəmizin regionlarında, paytaxtın qəsəbə və kəndlərində həyata keçirilən tikinti-quruculuq, abadlıq işləri Səbail rayonunun simasında da aydın nəzərə çarpır.
Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Eldar Ağayev 2017-ci il ərzində Səbail rayonunda görülən işlər barədə məlumat verib. Qeyd olunub ki, 2017-ci ildə rayonun iri sənaye müəssisələri tərəfindən 24 milyard 421,87 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,8 % çox məhsul istehsal edilib, iri nəqliyyat müəssisələri tərəfindən görülən iş və xidmətlərin həcmi 450,4 milyon manat və ya 5,5 faiz çox olub. Hesabat ilində rabitə müəssisələri tərəfindən görülmüş iş və xidmətlərin dəyəri 133,7 milyon manat, bütün maliyyə mənbələri hesabına əsas kapitala investisiya 7 milyard 823,8 milyon manat, tikinti quraşdırma işlərinə yönəldilmiş investisiyanın həcmi 5.528,0 milyon manat olub.
2017-ci ildə Səbail rayonunda çalışan işçilərin sayı 114003 nəfər, orta aylıq əmək haqqının məbləği 1481,8 manat olub ki, bu da əvvəlki illə müqayisədə 8.0 % çoxdur. Ötən il ərzində 4571-i daimi olmaqla 5502 yeni iş yeri açılıb, ümumilikdə isə 2003-cü ilin 01 oktyabr tarixindən 01.01.2018-ci il tarixinə kimi 58107 yeni iş yerləri açılıb ki, bunun da 53708-i daimi iş yerləridir.
İl ərzində Dövlət Sosial Müdafiə Fondu Səbail rayon şöbəsi tərəfindən rayon üzrə ümumilikdə 191 ailəyə (741 ailə üzvü) orta hesabla 151,89 manat məbləğində Ünvanlı Sosial Yardım təyin olunmuş, Səbail rayon Məşğulluq Mərkəzi tərəfindən 1332 nəfər daimi işlə təmin olunmuş, mərkəzdə 144 nəfər işaxtaran vətəndaş üçün müxtəlif peşə kursları açılmışdır.
Ötən il Badamdar qəsəbəsində Bakı Media Mərkəzinin İnzibati binası istifadəyə verilib, Bakı Şəhər Endokrinoloji dispanserin əsaslı təmiri başa çatıb. Badamdar qəsəbəsində 2 ədəd 10 min kub metrlik yeni su anbarlarının tikintisi başa çatıb, 20-ci sahədə ümumi tutumu 5 min kub metr olan 3 su anbarı istifadəyə verilib.
Bu gün rayon ərazisində "Xəzər Waterfront" ticarət-əyləncə mərkəzinin, yeni «İnterkontinental» və «Dinamo» mehmanxanalarının, Səbail rayon Prokurorluğunun və DTX Səbail rayon İdarəsi üçün yeni inzibati binaların tikintisi, İncəsənət muzeyinin əsas binasının və Bülbül adına orta ixtisas musiqi məktəbinin əsaslı təmiri davam edir.
RİH tərəfindən Bayıldakı 157 saylı uşaq bağçasının müasir standartlara tam cavab verən layihə sənədləri əsasında əsaslı təmir-yenidənqurulması işləri aparılıb, bağça binasının tam qəzalı olması səbəbindən bina sökülərək yeni bina tikilib. Hazırda binanın daxilində tamamlama və dizayn işləri başa çatıb.
Rayonda mənzil tikintisi məsələlərinə diqqət artırılıb, tikinti məsələləri ilə məşğul olan sahibkarlar tərəfindən 14 müasir layihə işlənib təsdiq olunub. Badamdar qəsəbəsi, Tofiq Məmmədov və Bayıldakı Neftçi Qurban, Xanlar, Fuad Əbdülrəhmanov, Aqil Əliyev, Rastropoviçlər küçələrində çoxmənzilli yaşayış binalarının tikintisinə başlanıb. Rayonun digər ərazilərində də köhnə binaların yerində yeni çoxmərtəbəli yaşayış binalarının tikintisi ilə bağlı işlər aparılır.
Prezidentin müvafiq sərəncamları ilə Səbail rayonu üzrə 1 nəfər “Əməkdar həkim”,   5 nəfər “Əməkdar mədəniyyət işçisi”, 1 nəfər “Əməkdar rəssam”, 2 nəfər “Əməkdar mədəniyyət işçisi”, 2 nəfər “Əməkdar müəllim” fəxri adına layiq görülüb, 4 müəllim və 2 nəfər mədəniyyət xadimi “Tərəqqi” medalı, 1 nəfər «Dövlət qulluğunda fərqlənməyə görə» medalı və 3 nəfər “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.
Hesabat dövründə Səbail rayon Polis İdarəsinin şəxsi heyəti tərəfindən qeydə alınmış 824 cinayətin 718-nin və ya 86,5%-nin açılması təmin edilmiş, ağır və xüsusi ilə ağır cinayətlərin 82,7%-nin açılması təmin edilmiş, açılma 70,8%-dən 82,7%-ədək artaraq, 11,9% yaxşılaşıb. Qeyri-aşkar şəraitdə baş vermiş cinayətlərin 76,5%-nin, keçmiş illərdən bağlı qalmış 30 cinayətin açılması təmin olunub.
Hesabatda rayon sakinləri müxtəlif istək və təklifləri, müraciətlər dinlənilib, sakinləri narahat edən suallar cavablandırılıb, nöqsanların aradan qaldırılması üçün aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilib. Yığıncaqda Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri Tağı Tağıyev çıxış edib.

Nigar




 
Bölməyə aid digər xəbərlər
26.06.2019
Azərbaycanda mebel istehsalı 46 faiz artıb
26.06.2019
Azərbaycan tolerant ölkədir və milli dəyərlərin qorunub saxlanılmasına böyük önəm verir
25.06.2019
Azərbaycanda vergidən azad edilən malların siyahısı artırılır
25.06.2019
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və FAO arasında əməkdaşlıq imkanları müzakirə edilib
25.06.2019
Azərbaycan-Monteneqro biznes forumu keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10816

1 Yeni naziri kollektivə Ramiz Mehdiyev təqdim etdi
2 Əli Nağıyev DTX rəisi təyin edildi
3 Heydər Əliyev və bələdiyyələr
4 Tarix müəllimi Könül Əliyeva: “Əməkhaqqının artırılması bizim əməyimizə verilən böyük qiymət və dəyərdir”
5 Vilayət Eyvazov daxili işlər naziri təyin edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info