Ermənistan mətbuatı: “Əliyev türk elementini Ermənistana qaytarmağı strateji məsələ hesab edir”
Tarix: 13.02.2018 | Saat: 00:31:00 | E-mail | Çapa göndər


“Ermənistan hakimiyyəti fiaskoya uğrayan siyasətini ört-basdır etməklə məşğuldur. Əliyev türk elementini Ermənistana qaytarmağı strateji məsələ hesab edir. Bunun səbəbi bizim dövlətin süquta doğru getməsi, milli idealların yoxluğudur”

Azərbaycanda keçiriləcək prezident seçkiləri Ermənistanda ciddi təşvişə səbəb olub. Son günlər erməni mediasında yayılan məqalələr də bunu təsdiqləyir. “Birinci informasiya” saytı yazır ki, İlham Əliyevin namizədliyinin irəli sürüldüyü tədbirdə etdiyi proqram xarakterli çıxışında antierməni ritorikası üstün olub. Azərbaycan dövlət başçısının İrəvan və Zəngəzurun tarixi Azərbaycan torpaqları olduğunu və azəbaycanlıların həmin ərazilərə qayıdacağını bildirməsi Ermənistanda təşviş yaradıb.
Sayt yazır ki, Azərbaycan Prezidenti bunu ölkəsinin strateji məqsədi hesab edib: “Əliyev bu plana beynəlxalq legitimlik qazandırmaq istəyini də ifadə etdi. İrəvanın İlham Əliyevə cavabı emosional, amma adekvat olmadı. Eduard Şarmazanovun tarixi ekskursunun siyasətlə heç bir əlaqəsi yoxdur. Emosional kontekstdən çıxmaq və Əliyevin sözlərinin siyasi motivini anlamaq lazımdır”. Sayt yazır ki, Ermənistan XİN-in mətbuat katibi Tiqran Balayan bu çıxışı seçki kampaniyası kimi dəyərləndirir: “Burada seçki kampaniyası elementləri ola bilər. Amma Ermənistan dövlət orqanları və ekspertlər Əliyevin çıxışını ciddi şəkildə araşdırmalı, perspektiv vurğunu düzgün qiymətləndirməlidir. Çıxışın ayıq başla analizi göstərir ki, bu, dəqiq hesabalanmış, indiki Ermənistan ərazisinə türklərin qayıdışını nəzərdə tutan əminlikdir. Bizim hakimiyyət güclü şəkildə inkar etsə də, Əliyevin özünəinamının mənbəyi bizim dövlətin biabırçı vəziyyəti, dağıdıcı miqrasiyadır. Ermənistanda olan keyfiyyətsiz və cinayətkar idarəçilik Əliyevin özünəinamını daha da artırır. Ermənistandan gedən hər kəs, özü bilməsə də türk elementi qarşısında daha bir qapısını açmış olur. Əgər biz belə davam edəriksə, onda Əliyev nəinki İrəvanı geri qaytaracaq, hər birimizin evinə daxil olacaq. Əliyevin çıxışı praqmatik siyasi əsasa malikdir. Bu, boşalan Ermənistan və dövlətçiliyimizin institusional və perspektiv iflasıdır. Ermənistan hakimiyyəti fiaskoya uğrayan siyasətini ört-basdır etməklə məşğuldur. Əliyev türk elementini Ermənistana qaytarmağı strateji məsələ hesab edir. Bunun səbəbi bizim dövlətin süquta doğru getməsi, milli idealların yoxluğudur”.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Yeni yolların açılışı cənub bölgəsində turizmin inkişafına təkan verəcək
19.09.2018
“First in Azerbaijan“ investisiya təşviqi mexanizmi yaradılır
19.09.2018
Növbəti startap turu Sumqayıtda keçiriləcək
19.09.2018
Neft sənayesi işçiləri təltif edilib
19.09.2018
Qubada yol tikintisinə 10,8 milyon manat ayrılıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10122

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info