Tolerantlıq Azərbaycan cəmiyyətinin həyat tərzidir
Tarix: 13.02.2018 | Saat: 00:34:00 | E-mail | Çapa göndər


Birinci vitse-prezident Mehriban Əliyeva Müqəddəs Taxt-Tacın nümayəndə heyəti ilə görüşüb
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Müqəddəs Taxt-Tacın xarici dövlətlərlə əlaqələr üzrə katibi arxiyepiskop Pol Riçard Gallagerin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Arxiyepiskop Pol Riçard Gallageri Azərbaycanda salamlayan Birinci vitse-prezident Mehriban Əliyeva bu səfərin ölkəmizlə Müqəddəs Taxt-Tac arasında münasibətlərin inkişafına təkan verəcəyinə əminliyini ifadə edib. Mehriban Əliyeva Azərbaycanın ölkələrimiz arasında olan münasibətlərə böyük əhəmiyyət verdiyini bildirib. Qeyd edib ki, son illər yüksək səviyyədə keçirilən görüşlər, səfərlər, 2002-ci ildə Roma Papası II İohann Pavelin, 2016-cı ildə Roma Papası I Fransiskin Azərbaycana səfərləri bu münasibətlərdə yeni tarixi səhifə açıb. Azərbaycanda əsrlər boyu müxtəlif dinlərin, mədəniyyətlərin, millətlərin nümayəndələrinin sülh və qarşılıqlı hörmət şəraitində yaşadıqlarını deyən Birinci vitse-prezident Mehriban Əliyeva xalqımızın bu tolerantlığı, dözümlülük ab-havasını, əmin-amanlığı çox yüksək qiymətləndirdiyini vurğulayıb. Bildirib ki, bu, həm Azərbaycan dövlətinin siyasəti, həm də Azərbaycan cəmiyyətinin həyat tərzidir. “Bu, Azərbaycanın ən böyük sərvətlərindən biridir və eyni zamanda, heç də sabit olmayan dünyaya vacib bir mesajdır”, - deyən Mehriban Əliyeva bizim belə münasibəti həm Azərbaycanda qoruduğumuzu, həm də dünyada təbliğ etdiyimizi diqqətə çatdırıb. Son illər Heydər Əliyev Fondu ilə Vatikan arasında mövcud əlaqələrdən məmnunluğunu ifadə edən Mehriban Əliyeva birgə reallaşdırılan irimiqyaslı layihələrin əhəmiyyətini vurğulayıb. Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunmasının və ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 20-ci ildönümləri münasibətilə 2011-2012-ci illərdə Vatikanda Pol Riçard Gallagerin dəstəyi ilə böyük tədbirlərin keçirildiyini, Vatikan muzeylərindən birində Azərbaycanın tarixini, ənənələrini əks etdirən sərginin təşkil olunduğunu xatırladan Birinci vitse-prezident bildirib ki, Azərbaycan Vatikan muzeyində sərgini keçirən ilk müsəlman ölkəsi olması ilə fəxr edir. Mehriban Əliyeva Azərbaycanın, eyni zamanda, məşhur xristian abidələrinin qorunmasına öz töhfəsini verdiyini diqqətə çatdıraraq bildirib ki, rəhbərlik etdiyi Heydər Əliyev Fondunun dəstəyi ilə Müqəddəs Marçellinio və Pietro katakombalarının bərpası işləri görülüb və 2016-cı ildə katakombalar ictimaiyyət üçün açılıb. “Çox şadam ki, Heydər Əliyev Fondu bu layihədə iştirak edib”, - deyən Birinci vitse-prezident diqqətə çatdırıb ki, Fond Piyo-Klementino muzeyində Zevsin heykəlinin bərpasında, o cümlədən “Sistina” zalında yenidənqurma işlərinin aparılmasında iştirak edib. Mehriban Əliyeva tədqiqatçılarımıza Vatikanın məxfi arxivində çalışmaq imkanı yaradıldığına görə minnətdarlığını bildirib. Qeyd edib ki, Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasındakı münasibətlər təqdirəlayiqdir. Azərbaycanın Birinci vitse-prezidenti gələcəkdə də belə layihələrin davam etdirilməsinə hazır olduğunu deyib. Bildirib ki, hazırda müqəddəs Sebastyan katakombalarında sərdabaların bərpası davam edir və bu ilin sonunda bu layihənin başa çatacağı nəzərdə tutulur. Bu illər ərzində işbirliyinin dostluq səviyyəsinə yüksəldiyini deyən Mehriban Əliyeva buna görə minnətdarlığını bildirib, gələcəkdə də bu dostluğun davam edəcəyinə əminliyini ifadə edib. Müqəddəs Taxt-Tacın xarici dövlətlərlə əlaqələr üzrə katibi arxiyepiskop Pol Riçard Gallager ölkəmizdə üç gün ərzində olduğunu, səfərin ona gözəl təəssürat bağışladığını, səmərəli görüşlərin keçirildiyini deyib, xalqımızın qonaqpərvərliyini yüksək dəyərləndirib. Qonaq ölkəmizə səfəri çərçivəsində katolik icması ilə görüşdüyünü diqqətə çatdırıb. Arxiyepiskop Pol Riçard Gallager Roma Papası I Fransiskin və dövlət katibi kardinal Pietro Parolinin salamlarını Birinci vitse-prezident Mehriban Əliyevaya çatdırıb.




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
İN: Qondarma qurumun ABŞ ərazisində təşviqi bu ölkənin Minsk qrupunun həmsədri kimi öhdəlikləri ilə ziddiyyət təşkil edir
17.11.2018
ATƏT-in Minsk qrupu işğalçı Ermənistana təzyiq göstərmək üçün bütün alətlərdən maksimum istifadə etməlidir
17.11.2018
Ermənistan Belarus və Qazaxıstanla KTMT-də müttəfiq dövlət olmasına baxmayaraq, ciddi tərəfdaş kimi qəbul olunmur
17.11.2018
Rəsmi Bakı: Belə qərəzli addımlar Fransanın Minsk qrupunun həmsədri kimi üzərinə götürdüyü öhdəliklərlə bir araya sığmır
17.11.2018
Fransalı deputatların Saakyanla mümkün görüşü Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi statusuna zidd olacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info