Bibiheybət qəsəbəsində şəhid Cəbrayıl Əsgərovun xatirəsi anılıb
Tarix: 25.05.2013 | Saat: 00:15:00 | E-mail | Çapa göndər


Səbail Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Bibiheybət qəsəbəsindəki 50 saylı orta məktəbdə şəhid Cəbrayıl Əsgərovun xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib.
Tədbirdən əvvəl məktəblilər, qonaqlar, ictimaiyyət nümayəndələri, şəhidin valideynləri, ailə üzvləri, sinif yoldaşları, qəsəbədəki hərbi hissənin əsgər və zabitləri Səbail Rayon İcra Hakimiyyəti tərəfindən şəhidin oxuduğu və hazırda adını daşıyan 50 saylı məktəbin fasadına vurulmuş və ətraf ərazisi abadlaşdırılmış yeni xatirə lövhəsini ziyarət edib. Sonra məktəbin akt zalında şəhid Cəbrayıl Əsgərovun xatirəsinə həsr olunan «Donmuş arzular» adlı ədəbi-bədii tədbir keçirilib. Xatirə mərasimində 50 saylı orta məktəbin direktoru Sədaqət Həsənova şəhid Cəbrayıl Əsgərovun uşaqlıq və məktəb illərindən danışaraq qeyd edib ki, o, 1965-ci ildə Bibiheybət qəsəbəsində anadan olub, 1972-ci ildə 50 saylı orta məktəbin birinci sinfinə daxil olub, 8-ci sinfi bitirdikdən sonra təhsilini Səbail rayonunun 49 saylı orta məktəbində davam etdirib, sonradan peşə məktəbində təhsil alıb. Hərbi xidmətini başa vurduqdan sonra Cəbrayıl Əsgərov Neft daşlarında çalışıb. Ermənilərin Qarabağda azərbaycanlılara qarşı hücumlarına, törətdikləri haqsızlıqlara dözə bilməyən Cəbrayıl 1992-ci ildə könüllü olaraq yenicə yaradılan Milli Ordu sıralarına gedib və bir sıra qanlı döyüşlərin iştirakçısı olub. 1992-ci ilin avqust ayının 28-də Ağdərə rayonunun Mehmanə kəndi uğrunda gedən döyüşlər zamanı qəhrəmancasına həlak olub və Şəhidlər xiyabanında dəfn olunub. Onun ailəsi hərtərəfli diqqət və qayğı ilə əhatə olunub. Bu gün onun vaxtı ilə oxuduğu məktəb adını daşıyır. Mütəmadi olaraq məktəbdə keçirilən tədbirlərə şəhidin atası Fəyaz Əsgərov, anası Bağdagül xanım və ailə üzvləri dəvət olunur, məktəbin şagirdləri şəhidlər xiyabanında şəhidin qəbrini ziyarət edirlər.
Məktəbdə təşkil olunan ədəbi-bədii tədbirdə şagirdlərin ifasında Azərbaycana, şəhidlərimizə həsr olunmuş şeirlər səslənmiş, ədəbi-bədii kompozisiya nümayiş etdirilib.
Səbail Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Xalidə Bayramoıa yeniyetmə və gənclərin hərbi vətnpərvərlik tərbiyəsinin möhkəmləndirilməsi işlərində bu kimi tədbirlərin mühüm rol oynadığını bildirib, bu istiqamətdə görülən işlər barədə məlumat verib.
Tədbirin sonunda şəhidin valideynləri Cəbrayıl Əsgərovun xatirəsinin yad olunmasına görə öz minnətdarlıqlarını bildiriblər.
Nigar




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
“Bakcell”in baş sponsorluğu ilə Bakıda M.A.P. festivalı keçiriləcək
24.09.2018
“Bakcell”in baş icraçı direktoru startap və telekommunikasiya sahəsinin rəqəmsallaşması barədə danışıb
24.09.2018
Bakıda Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərin 20-ci Qlobal Forumu işə başlayıb
24.09.2018
AQTA bəzi şirniyyatlarla bağlı məlumatlara aydınlıq gətirdi- “Ozmo”, “Pop kek”, “Tutku”...
24.09.2018
Aİİ bütün tələbələrini dərs vəsaitləri ilə təmin edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info