“Xalq Cümhuriyyətinin ən böyük xidməti Azərbaycan dövlətçiliyini dirçəltməsidir”
Tarix: 25.05.2013 | Saat: 00:20:00 | E-mail | Çapa göndər


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 95 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi konfrans keçirilib.
Konfransda çıxış edən Tarix İnstitutunun direktoru, millət vəkili Yaqub Mahmudov bildirib ki, 28 May Şərqin və türk dünyasının tarixində çox böyük gündür: “Azərbaycan xalqı Gülüstan və Türkmənçayda parçalanmasına baxmayaraq, I Dünya müharibəsinin gedişində, mürəkkəb tarixi şəraitdə ayağa qalxmağı bacardı və bütün dünyaya var olduğunu sübut etdi.
Dünyanın, Şərqin və türk dünyasının ən demokratik respublikasını Azərbaycan xalqı yaradıb. Qadınlara kişilərlə bərabər hüquqları ilk dəfə Azərbaycan Xalq Cümhuriyyəti verib. Bütün qonşu dövlətlərə dostluq siyasətini biz elan etdik. Cümhuriyyət Azərbaycanda mənsəbindən, dinindən asılı olmayaraq bütün xalqlara hər cür azadlıqları vəd etdi. O sübut etdi ki, Avropadan da, Rusiyadan da daha artıq dərəcədə demokratik ölkə yaratmağa qadirik”.
Y.Mahmudov deyib ki, Azərbaycan Xalq Cümhuriyyətini yaradan ziyalıların xalqımız qarşısında ən böyük xidməti Azərbaycan dövlətçiliyini dirçəltmələridir: “Bu cümhuriyyət bizim tariximizin şərəf səhifəsidir”.

Azərbaycan və Türkiyənin ortaq tarixi yazılır
Tarix İnstitutunun direktoru Yaqub Mahmudov jurnalistlərə açıqlamasında deyib ki, Azərbaycan və Türkiyənin ortaq tarixinin yazılmasına başlanılıb. Ortaq türk tarixinin yazılması Azərbaycan Prezidentinin Türkiyə Baş naziri ilə görüşündə razılaşdırılıb. İlk mərhələdə bütün türk dünyasının məşhur insanları ilə bağlı araşdırmalar aparılacaq: “Onlara qarşı olan təhqirləri aradan qaldıracağıq. Əmir Teymura, İldırım Bəyazidə, Şah İsmayıla eyni sevgini yaradacağıq. Bundan sonra türk dövlətlərinin tarixləri çap olunacaq. Son mərhələdə isə türkün ümumi tarixi yazılacaq”. Y.Mahmudov deyib ki, artıq Azərbaycanın 7-8-ci sinif orta məktəb dərsliklərində bütün türk imperiyalarının tarixi öyrənilir: “Çox təəssüf ki, hələ Türkiyədə, Orta Asiya Respublikalarında bu proses həyata keçirilmir. Azərbaycanın təşəbbüsü ilə həmin ölkələr də türk imperiyalarının tarixini orta məktəb dərsliklərinə salacaqlar”.

26 Bakı komissarı ilə bağlı araşdırma yekunlaşdırıb

AMEA Tarix İnstitutu 26 Bakı komissarı ilə bağlı araşdırmaları tam yekunlaşdırıb. Tarix İnstitutunun direktoru Yaqub Mahmudov deyib ki, yaxın günlərdə 26 Bakı komissarının əsl tarixi təqdim olunacaq. Bu tarix Azərbaycan Xalq Cümhuriyyətinin tarixinin tərkib hissəsi kimi öyrənilib: “Azərbaycan Xalq Cümhuriyyətinin iki cildlik tarixi ensiklopediyasını yaratmışıq. Bu dövrü tamamilə araşdırırıq. Ermənistan Respublikasının yaradılmasının işğalçılıq tarixi, 26 Bakı komissarlarının tarixini araşdırılıb. Bu tarixi araşdırmaq və yenidən yazmaqdan ötrü Moskvadan, Berlindən, Parisdən, Dehlidən, Leninqraddan, İstanbuldan, Ankaradan bütün sənədlər gətirilib. Çoxlu əsərlər yazılıb. Yaxın gələcəkdə onların təqdimatı keçiriləcək”.
Y.Mahmudov deyib ki, 3 cildlik yeni Azərbaycan tarixinin ilk cildi yaxın iki il ərzində təhvil veriləcək: “Azərbaycan tarixi dəhşətli dərəcədə saxtalaşdırılıb. O saxtakarlığı təmizləmək, yeni sənədlər ortaya çıxarmaq həddindən artıq çətindir. Amma biz bunun öhdəsindən gələcəyik. Tarixə yeni münasibət ortaya qoyulacaq. Sovet dövrünün, Böyük Vətən Müharibəsinin, repressiyaların tarixi yenidən olduğu kimi yazılacaq. Azərbaycan xalqı öz həqiqi tarixi ilə tanış olacaq. Bizim tariximizdə Nadir Şah Əfşar dəhşətli dərəcədə ləkələnib, inkar edilib. Səfəvilər dövlətinin tarixi təhrif olunub. Dövlətçilik tarixində varislik prinsipi pozulub. Biz 5 min illik dövlətçilik tariximizi tam şəkildə ortaya qoyacağıq”.
GÜNAY




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Naxçıvanda “Avropa günləri” keçiriləcək
20.09.2018
600-dən çox adam sahilyanı ərazini 5 ton tullantıdan təmizlədi
20.09.2018
Azərbaycanda dünyanın ilk kurqan arxeoparkı yaradılacaq
19.09.2018
Gənc ailələr üçün yeni imkan: “Aqrar məhəllə” yaradılır
19.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info