“Azərbaycan son 15 ildə yoxsulluq dərəcəsini ən çox azaldan ölkələrdən biridir”
Tarix: 25.05.2013 | Saat: 00:23:00 | E-mail | Çapa göndər


“Bakı beynəlxalq konfransların keçirildiyi mərkəzə çevrilməkdədir”. Bu sözləri Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun Parlament Şəbəkəsinin Bakıda keçirilən illik konfransının iştirakçısı, Dünya Bankının Parlament Şəbəkəsinin prezidenti Alen Desteks deyib.
O, konfransın yüksək səviyyədə təşkil olunduğunu qeyd edib: “Mən konfransın təşkilinə görə Azərbaycan rəhbərliyinə təşəkkür etmək istəyirəm. Bu, çox böyük uğurdur. Bu, onu göstərir ki, Bakı beynəlxalq konfransların keçirildiyi mərkəzə çevrilməkdədir. Bizim əvvəlki konfranslarımız Brüsseldə, Parisdə, Londonda və Helsinkidə keçirilib. İlk dəfədir ki, biz Qərbi Avropadan kənara çıxırıq və bu, bir daha onu göstərir ki, Bakı beynəlxalq tədbirlərin və konfransların keçirildiyi məkana çevrilir”.
Azərbaycanın iqtisadi sahədə əldə etdiyi uğurlara toxunan Dünya Bankının Parlament Şəbəkəsinin prezidenti deyib: “Bakıda Dünya Bankının və Beynəlxalq Valyuta Fondunun siyasətinə dair beynəlxalq konfransın keçirilməsi çox əhəmiyyətlidir. Dünya Bankı ekspertlərinin hesablamalarına görə, Azərbaycan son 15 ildə yoxsulluq dərəcəsini ən çox azaldan ölkələrdən biridir. Son statistik göstəricilərə görə, Azərbaycanda yoxsulluğun dərəcəsi 50 faizdən 6-7 faizə enib ki, bu da beynəlxalq aləmdə misli görünməyən bir göstəricidir”. Alen Desteks Azərbaycan dövlətinin öz əhalisinin həyat şəraitinin yaxşılaşdırılması və ölkədə yoxsulluq səviyyəsinin aşağı salınması istiqamətində uğurlu siyasət həyata keçirdiyini xüsusi vurğulayıb.




 
Bölməyə aid digər xəbərlər
18.01.2019
“Buta Airways” Odessa və Xarkova aviareyslər yerinə yetirəcək
18.01.2019
Mehriban Əliyeva “Üzeyir Hacıbəyli” fəxri medalı ilə təltif edilib
18.01.2019
“Bakı” əməliyyatı
18.01.2019
Azərbaycanda elektron satınalma modelinin tətbiqinə başlanılır
18.01.2019
OPEC-in Bakıdakı iclaslarının vaxtı dəqiqləşib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10564

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Dərslər təxirə salındı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info