Daha bir partiya prezident seçkilərinə qoşuldu
Tarix: 13.02.2018 | Saat: 16:57:00 | E-mail | Çapa göndər


Azərbaycan Sosial-Demokrat Partiyası (ASDP) Mərkəzi Komitəsinin plenumu partiyanın lideri Araz Əlizadənin aprelin 11-də keçiriləcək seçkilərdə  namizəd kimi iştirak etməsi ilə bağlı qərar qəbul edib.
Bu barədə Araz Əlizadə özü məlumat verib. Partiya lideri bildirib ki, ASDP Mərkəzi Komitəsinin plenumu ona prezident seçkilərində partiyanı təmsil etmək səlahiyyəti verib.
"Əlbəttə, prezident postu uğrunda mübarizənin şəksiz lideri İlham Əliyevdir. Mənim qarşımda isə partiya, ölkənin problemlərinin həllinə onun baxışı haqda danışmaq vəzifəsi durur və biz bunu edəcəyik”, - deyə Araz Əlizadə bildirib.
Qeyd edək ki, Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu, Yeni Azərbaycan Xalq Cəbhəsi Partiyasının (YAXCP) sədri Razi Nurullayev, Ağ Partiyanın sədri Tural Abbaslı, sollardan Azərbaycan Liberal Demokrat Partiyasının lideri Fuad Əliyevin, Cümhuriyyət Xalq Partiyasının rəhbəri Bədrəddin Quliyev, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev də namizədliyini irəli sürüblər.
Bundan başqa, sollardan seçkiyə qatılacaq daha bir partiya isə ASP-Azərbaycan Sosialist Partiyası olub. Belə ki, Azərbaycan Kommunist Partiyasının və Azərbaycan Sosialist Partiyası üzvlərinin birgə plenumu keçirilib yekdil qərara əsasən partiyaların seçkilərdə iştirakı vacib sayılıb, plenumda, həmçinin seçkilərdə namizəd olaraq, Azərbaycan Sosialist Partiyasının sədri Elşən Həsənovun namizədliyinin irəli sürülməsi qərara alınıb.
Bundan başqa Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyevin prezidentliyə namizədliyini irəli sürülüb.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Zahid Oruc da aprelin 11-nə təyin edilən prezident seçkilərində namizəd olacağını açıqlayıb.

Tural




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Meksikanın Azərbaycandakı Səfiri Bərdə rayonuna rəsmi səfər edib
15.11.2018
“İkili standartlara əsaslanan bu yanaşma Azərbaycanı Fransa ilə əlaqələri nəzərdən keçirməyə vadar edir”
15.11.2018
Xalq müxalifətin heç bir çağırışına dəstək vermir
15.11.2018
Fransa Minsk qrupunun həmsədrliyindən çıxarılmalıdır
15.11.2018
Yaponiya televiziyasında Azərbaycan haqqında xüsusi veriliş yayımlanıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10481

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Gedir dayanmadan zamanın köçü”
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info