“Ölkəmizdə ordu quruculuğu prosesi yeni mərhələyə qədəm qoyub”
Tarix: 13.02.2018 | Saat: 16:59:00 | E-mail | Çapa göndər


Fevralın 13-də Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaranmasının altıncı ildönümü münasibətilə təntənəli mərasim keçirilib.
Xidmətin rəisi, general-leytenant Arzu Rəhimov tədbirdə çıxış edərək şəxsi heyətə təbriklərini çatdırıb. A.Rəhimov bildirib ki, ölkəmizdə ordu quruculuğu prosesi yeni mərhələyə qədəm qoyub və Azərbaycan Ordusu gündən-günə güclənir.
Xidmətin yarandığı gündən genişmiqyaslı tədbirlər həyata keçirdiyini deyən A.Rəhimov qeyd edib ki, səfərbərlik hazırlığı, Silahlı Qüvvələrin çağırışçılarla komplektləşdirilməsi, vətəndaşların hərbi-vətənpərvərlik tərbiyəsi, müddətli həqiqi hərbi xidmətə çağırışaqədərki hazırlığı istiqamətlərində əhəmiyyətli nəticələr əldə olunub. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı nəticəsində böyük inkişaf yolu keçərək ordu quruculuğu prosesinin təkmilləşdirilməsinə layiqli töhfə verib və bu proses davam etməkdədir.
Diqqətə çatdırılıb ki, Xidmət tərəfindən ötən illərdə “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” Qanundan irəli gələn vəzifələrə uyğun olaraq, səfərbərlik hazırlığının təmin edilməsi üçün respublika üzrə yerli icra hakimiyyəti orqanlarının iştirakı ilə səfərbərlik hazırlığı üzrə məşğələlər keçirilib. Həmçinin Silahlı Qüvvələrə təhkim olunmuş hərbi vəzifəlilərin xəbərdar edilməsi və praktiki toplanması təşkil olunub, hərbi vəzifəlilər qeydiyyatdan keçirilərək qanunvericiliyin tələbləri onlara izah edilib.
Qeyd olunub ki, korrupsiyaya qarşı mübarizə və şəffaflığın artırılması istiqamətində tədbirlər sırasında mühüm yeri vətəndaşlara elektron xidmətlərin göstərilməsi tutur. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti də bu istiqamətdə mühüm nailiyyətlər əldə edib.
A.Rəhimov əminliklə bildirib ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin şəxsi heyəti dövlətin, xalqın və Ali Baş Komandanın etimadını doğrultmaq, üzərinə düşən vəzifələri layiqincə yerinə yetirmək üçün bundan sonra da böyük səy və fədakarlıqla çalışacaq.
Sonra Xidmətin fəaliyyəti ilə bağlı film nümayiş olunub.
Tədbirdə çıxış edən digər şəxslər Xidmətin yaranmasının ildönümü münasibətilə təbriklərini çatdırıb, altı il ərzində görülən işləri yüksək qiymətləndiriblər.
Sonda Xidmətin bir qrup hərbi qulluqçusunun təltif edilməsi haqqında Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamları oxunub, xidmətdə fərqlənən hərbi qulluqçular və əməkdaşlar mükafatlandırılıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.03.2019
İtaliyanın “Agenzia Nova” saytı Novruz bayramının adət-ənənələrindən yazır
20.03.2019
Bayramın ikinci günündə hava əsasən yağmursuz keçəcək
20.03.2019
Kiyevdə keçirilən Novruz şənliyində Azərbaycanın milli mətbəx nümunələri təqdim olunub
20.03.2019
Vaşinqtondakı Azərbaycan məktəbində Novruz bayramı qeyd olunub
20.03.2019
Metropolitendə ilk dəfə Novruz şənliyi təqdim olunur

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
3 Yuliya Naçalova vəfat edib
4 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
5 Məhkum edilmiş bir sıra şəxslər əfv olundu


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info