Xaçmazda müasir istixana kompleksi yaradılıb
Tarix: 13.02.2018 | Saat: 17:48:00 | E-mail | Çapa göndər


Xaçmaz rayonunun Ləcət kəndində müasir istixana kompleksi yaradılıb. 9 hektar sahədə yaradılan istixana kompleksində məhsuldar pomidor sortları yetişdirilir. Ərazidə işlərə 2016-cı ildən başlanılıb. Artıq 3 hektar ərazidən toplanan ilk məhsulun yerli və xarici bazarlarda satışı həyata keçirilir. Xaçmazda yetişdirilən pomidor əsasən Rusiyaya ixrac olunur. Yeni qurulan istixana kompleksində becərilən yüksəkkeyfiyyətli məhsulun da 70 faizə qədəri qonşu ölkə bazarlarında satışa çıxarılıb. Aqronom Adəm Mirzəyev bildirib ki, Xaçmaz rayonunun təbii iqlim şəraiti istixanalarda tərəvəz məhsullarının yetişdirilməsi üçün əlverişlidir. Müasir istixana kompleksində eyni ölçüdə və standart görünüşdə olan hibrid pomidor sortu yetişdirilir. Bu sortlar yüksək məhsuldarlığı və keyfiyyəti ilə fərqlənir. Kompleksdə150 nəfər daimi işlə təmin olunub. Burada çalışanlar əsasən yaxın kəndlərin sakinləridir. Hazırda təsərrüfatın genişləndirilməsi istiqamətində işlər davam etdirilir. Yaxın günlərdə daha 6 hektar ərazidə istixananın qurulması yekunlaşacaq. Kompleksdə qazanxana, məhsulların saxlanılması üçün anbarlar və yardımçı ikililər inşa edilib. Əkin aparılan torpaq sahələrinə müvafiq aqrotexniki qulluq göstərilir. Əsasən yerli və xarici istehsal olan müasir avadanlıqlar quraşdırılıb. Suvarma, isitmə, havalandırma sistemləri tam avtomatlaşdırılıb. Xaçmaz Rayon Kənd Təsərrüfatı İdarəsinin baş mütəxəssisi Qabil Ağabalayev qeyd edib ki, son illərdə bu sahəyə maraq daha da artıb. Dövlətimizin başçısı İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq Xaçmaz rayonunda da kənd təsərrüfatının müxtəlif sahələri inkişaf etdirilir, sahibkarlığın inkişafı üçün addımlar atılır. 2017-ci ilədək Xaçmazda 12 fiziki və hüquqi şəxsə məxsus, ümumi ərazisi 13,5 hektar olan istixana var idi. Yeni istixana kompleksinin yaradılması ilə rayonda istixanaların ümumi ərazisi 22,5 hektara çatıb. İstixanalar iqlim şəraitindən asılı olmayaraq ilin hər fəslində kənd təsərrüfatı məhsulları istehsalına imkan verir. Quraşdırılmış avadanlıqlar vasitəsilə istixananın daxilindəki temperaturun dərəcəsi asanlıqla tənzimlənir. Bununla da bitkilərin ilboyu yetişdirilməsi prosesində yaranan fasilələr aradan qaldırılaraq ardıcıl məhsul istehsalı təmin olunur.

Nigar




 
Bölməyə aid digər xəbərlər
17.09.2019
Bakıda növbəti beynəlxalq ekoloji aksiya keçiriləcək
17.09.2019
Basqalda 432 şagird yerlik yeni məktəb binası istifadəyə verilib
17.09.2019
Naxçıvanda ilk milli hərbi hissənin yaradılmasının 27-ci ildönümü münasibətilə silsilə tədbirlər keçirilib
17.09.2019
Müdafiə Nazirliyi cəbhədəki vəziyyət barədə məlumat yayıb
16.09.2019
Bilik Günü Masallıda üç yeni məktəb binası istifadəyə verilib

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10887

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 Daxili İşlər nazirindən yeni təyinat
3 Prezident Bakı Metropoliteninin “Xətai” stansiyasında görülən işlərlə tanış olub
4 Masallı rayonunun Çaxırlı ərazisinin Kəlbəhüseynli kəndində səyyar görüş
5 5 mindən artıq müəllimin maaşı 1000 manatı ötüb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info