“ADR dövrü və müstəqil Azərbaycan ədəbiyyatı” Özbəkistanda nəşr ediləcək
Tarix: 13.02.2018 | Saat: 17:54:00 | E-mail | Çapa göndər


Ramiz Əskər Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət
Mərkəzinin fəaliyyəti ilə tanış olub

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov bu ölkədə səfərdə olan Bakı Dövlət Universitetinin türkologiya kafedrasının müdiri, professor, Ramiz Əskəri qəbul edib və tərəflər arasında əməkdaşlıq məsələləri müzakirə olunub.
Samir Abbasov Ramiz Əskəri uzun illər türk xalqlarının ədəbiyyatını fəal tədqiq və təbliğ etdiyi üçün Nəvai şəhərinin fəxri vətəndaşı adına layiq görülməsi münasibətilə təbrik edib. Azərbaycan Mədəniyyət Mərkəzinin həyata keçirdiyi layihələr, Özbəkistanda özbək dilində Azərbaycan tarixi, mədəniyyəti, ədəbiyyatı sahəsində nəşr olunan kitablar barədə danışaraq, iki xalq arasında dostluq əlaqələrinin dərinləşdirilməsində ədəbiyyatın, ədəbiyyatşünasların, tərcüməçilərin rolunu xüsusi qeyd edib.
Ramiz Əskər Azərbaycan Mədəniyyət Mərkəzinin iki xalq arasında mədəniyyət, ədəbiyyat sahəsində çoxsaylı layihələrin həyata keçirilməsinə görə öz minnətdarlığını bildirib və qeyd edib ki, görülən bu işlər öz nəticəsini göstərməkdədir.
Daha sonra tərəflər birgə əməkdaşlıq əlaqələri və gələcək planlara dair fikir mübadiləsi aparıblar.
Samir Abbasov 2018-ci ilin Prezident İlham Əliyev tərəfindən “Azərbaycan Xalq Respublikası ili” elan edilməsi ilə əlaqədar Azərbaycan Mədəniyyət Mərkəzinin bir sıra layihələr həyata keçirdiyini vurğulayıb. Söhbət zamanı birgə layihə ilə “ADR dövrü və müstəqil Azərbaycan ədəbiyyatı” adlı nəşrin özbək dilinə tərcüməsi və Özbəkistanda nəşri barədə razılıq əldə olunub.
Daha sonra cari il iyun ayında Bakıda təşkil olunacaq Azərbaycan Xalk Cümhuriyətinin 100, Qafqaz İslam Ordusunun 100 illiyinə həsr olunmuş elmi simpoziumda Özbəkistanın aparıcı Universitetlərinin rəhbərlərinin iştirakı məsələləri müzakirə olundu və sözügedən tədbirdə Özbək tərəfinin iştirakına dair bu ölkədəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi məsələləri, habelə il ərzində Ramiz Əskərin Özbəkistanla bağlı tərcümələrinin Daşkənddə təqdimatının keçirilməsi razılaşdırılıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
07.04.2020
Koronavirus tətilləri
07.04.2020
Baş infeksionist xüsusi karantin rejiminin müddəti barədə danışıb
07.04.2020
Çinin Cek Ma və Alibaba fondları Azərbaycana tibbi humanitar yardım göndərib
07.04.2020
Diaspor rəhbərindən dünya azərbaycanlılarına birlik çağırışı
07.04.2020
Həmrəy olaq, koronavirusa birlikdə qalib gələk!

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11498

1 “300 minə yaxın işçinin əməkhaqqısının 50 faizə qədərinin dövlət tərəfindən dəstəklənməsi nəzərdə tutulur”
2 Türkiyədə azan vaxtı çəkilən bu video heyrətə gətirdi-VİDEO
3 “Dövlət tərəfindən iqtisadiyyatın sabitləşməsi üçün bütün lazımi addımlar atılır”
4 İtaliyada koronavirusdan 5 nəfər ölüb, qalanları isə...
5 Prezident Bakı-Sumqayıt yolunda görülən işlərlə tanış olub YENİLƏNİB


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info