“İstiqlal savaşından sonra ən böyük savaşı aparırıq”
Tarix: 13.02.2018 | Saat: 20:54:00 | E-mail | Çapa göndər


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın PKK terror təşkilatının Suriya qolu PYD/YPG-yə 2019-cu il üçün 550 milyon dollar büdcə ayırmasına sərt reaksiya verib.
 
Türkiyə prezidenti deyib ki, bu pullar Amerika xalqının cibindən çıxan pullardır və Amerika xalqı bunu bilməlidir.
 
R. T. Ərdoğan Türkiyənin strateji ortağı, müttəfiqi olan ABŞ silah dəstəyi yetmirmiş kimi PYD/YPG-yə indi də maddi yardım etmək barədə qərar verirsə, bu, Türkiyənin də aldığı və alacağı qərarlara təsir göstərəcək: “Biz hansı addım lazımdırsa, həmin addımı atacağıq. Bir ölüb, min dəfə dirilən bir millətik. Əgər NATO-da bir yerdəyiksə, Türkiyə kimi, ABŞ-ın da NATO-nun tələblərinə riayət etməsi lazımdır. Digər tərəfdən, NATO ABŞ demək deyil. NATO-nun bütün üzvləri bərabərhüquqludur. Sən PYD/YPG-yə terror təşkilatı deməsən də, bu terror təşkilatı sənin müttəfiqinə hücum edirsə, NATO üzvü olaraq ABŞ-ın buna qarşı olması lazımdır. ABŞ-ın Suriya ilə sərhədi yoxdur, Suriya ilə nə əlaqən var? ABŞ imkanları olduğu üçün bura rahat-rahat gəlir.  İlkin məlumata görə, ABŞ PYD/YPG-yə gələn il 550 milyon dollar yardım ayıracaq. Bu yardımın 3 milyard dollara qədər artacağı da danışılır. İndiyə qədər İŞİD terror təşkilatı ilə necə mübarizəsi apardınız? Neçə İŞİD terrorçusunu məhv etdiniz, yaxud başqa yerə apardınız? Biz bölgədə kimin kiminlə əməkdaşlıq etdiyini yaxşı bilirik. Artıq kiminsə İŞİD-dən bir vasitə kimi istifadə etmək haqqı yoxdur, çünki İŞİD-lə birlikdə hərəkət edirlər”.
 
Türkiyə prezidenti Suriyanın Menbic rayonunda PYD/YPG mənsubları ilə foto çəkdirən ABŞ generallarının bəyanatına da toxunub: “Bizim onları vuracağımız halda sərt cavab verəcəklərini deyənlərin ömürlərində heç Osmanlı qapazı yemədikləri çox aydındır. Türkiyəni istədikləri kimi girib-çıxdıqları yerlərlə qarışdırırlarsa, çox yaxın vaxtlarda bunun belə olmadığını görəcəklər”.
 
R. T. Ərdoğan qeyd edib ki, bəzi şeyləri açıq danışmağın zamanı çatıb: “Bəziləri Türkiyəni də bölüşdürmək həvəsinə düşüb. Bizim kimsəyə verəcəyimiz bir qarış torpağımız yoxdur. Biz türk milləti olaraq bu torpaqları qanımızla yoğuraraq vətən halına gətirmişik. Kimsənin bizi dünyanın dörd bir yanına səpələməsinə imkan verməyəcəyik. Buna görə də istiqlal savaşından sonra ən böyük savaşı aparırıq”.
Tural




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
İraqın şimalında 19 terrorçu zərərsizləşdirilib
14.11.2018
Jan-Klod Yunkerin xələfi olmağa ən şanslı namizəd kimdir?
13.11.2018
Tramp Makronu hədəfə aldı: “ABŞ gəlməsəydi artıq Parisdə almanca öyrənməyə başlamışdınız”
13.11.2018
Litvada prezident seçkiləri kampaniyası başlanıb
13.11.2018
Hillari Klinton 2020-ci ildə ABŞ prezidentliyinə namizədliyini irəli sürə bilər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10463

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info