İkinci Bakı Forumunda dünyanın 100-dən çox ölkəsindən nümayəndələr iştirak edəcək
Tarix: 25.05.2013 | Saat: 00:30:00 | E-mail | Çapa göndər


Prezidentin himayəsi ilə mayın 29-dan iyunun 1-dək Bakıda "Çoxmədəniyyətli dünyada sülh şəraitində birgə yaşamaq" devizi altında keçiriləcək İkinci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak edəcək beynəlxalq qurumların başçılarının, bir sıra ölkələrin hazırkı və keçmiş prezidentlərinin, nazirlərin, ekspertlərin, dünyanın nüfuzlu beyin mərkəzləri rəhbərlərinin, alimlərin və mədəniyyətlərarası dialoqla məşğul olan mərkəzlərin yüksək səviyyəli nümayəndələrinin sayı gündən-günə artır. Ümumiyyətlə, Forumda dünyanın 100-dən çox ölkəsindən yüksək səviyyəli nümayəndələr iştirak edəcəklər.
Mədəniyyət və Turizm Nazirliyinin Mətbuat xidmətindən bildiriblər ki, Fransanın Lua-Şer vilayətinin Ali Şurasının vitse-prezidenti, Fransa Milli Assambleyasının deputatı və Milli Assambleyada Fransa-Azərbaycan dostluq qrupunun üzvü Patrice Martin-Lalande, Milli Assambleyada Ois vilayətinin deputatı və bu qurumda Fransa-Azərbaycan dostluq qrupunun üzvü Jean-François Mancel, Fransanın Aut-Rin vilayətinin senatoru Jan-Mari Bokel, İtaliya Senatının üzvü Lamberto Dini, Brazilya parlamentinin xarici əlaqələr və milli müdafiə komitəsinin sədri Klaudio Kajado, deputat Nelson Pelegrino, Yunanıstanın Aristotel Universitetinin rektoru Yannis Milopoulos, Malayziya Xarici İşlər Nazirliyi nəzdində Diplomatiya və Beynəlxalq Münasibətlər İnstitutunun baş katibi Cafar Ku Şaari, İtaliyanın Roma Sapienza Universitetinin prorektoru Antonello Biagini, Polşanın Varşava Universitetinin rektoru Martin Pals, Qətər Diplomatiya İnstitutunun rektoru Hasan Ibrahim Al-Mohannadi də Bakı Forumunun iştirakçıları arasında olacaqlar.
İkinci Bakı Forumunun əsas tərəfdaşları qismində UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurası, Avropa Şurasının Şimal-Cənub Mərkəzi, İSESCO, BMT-nin Dünya Turizm Təşkilatı çıxış edirlər.
Bu platformanın qlobal beynəlxalq əhəmiyyəti, Azərbaycanın Şərq ilə Qərbin, müxtəlif mədəniyyətlərin kəsişməsində yerləşməsi nəzərə alınaraq ilk dəfə olaraq İkinci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Dünya Forumu Nazirlər Konfransı keçiriləcək.




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Bu il sənaye məhsullarının iyirmi iki faizi emal sektorunda istehsal edilib
18.11.2018
Azərbaycan və Belarus “Şimal-Cənub“ layihəsi çərçivəsində saziş imzalayıblar
18.11.2018
İsveçrə Azərbaycan iqtisadiyyatına 850 milyon dollardan çox investisiya yerləşdirib
17.11.2018
On ayda neft sektoruna 5 milyard manatadək vəsait yönəldilib
17.11.2018
Azərbaycanda 32,2 milyon ton neft və 15,5 milyard kubmetr əmtəəlik qaz çıxarılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info