Qaçqın və məcburi köçkün gənclər seçkilərdə İlham Əliyevi dəstəkləyəcək
Tarix: 25.05.2013 | Saat: 00:32:00 | E-mail | Çapa göndər


Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatı tərəfindən “Qaçqın və məcburi köçkün gənclər Prezidenti dəstəkləyir” mövzusunda konfrans keçirilib. Konfransda çıxış edən Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının sədri Vüqar Qədirov Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin, həmçinin qaçqın və məcburi köçkünlərin problemlərinin həllində göstərdiyi xidmətlərdən, apardığı prinsipial siyasətdən danışıb.
Qeyd olunub ki, ümummill lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev qaçqın və məcburi köçkünlərin məskunlaşması və məşğulluğunun təmin edilməsi istiqamətində mühüm işlər görüb. Onlar kommunal xərclərdən və təhsil haqqından azad ediliblər. Erməni işğalı nəticəsində didərgin düşmüş soydaşlarımıza verilən aylıq müavinətlər hər il artırılmış, çadır düşərgələr ləğv edilib, hər cür şəraiti olan yeni qəsəbələr salınıb. Bu proses davam etməkdədir.
Konfransda xüsusi vurğulanıb ki, ordu quruculuğu sahəsində Prezidentin həyata keçirdiyi siyasət işğal altındakı torpaqlarımızın azad ediləcəyinə inamı artırıb. Bu gün Azərbaycanın hərbi büdcəsi Ermənistanın bütövlükdə dövlət büdcəsini bir neçə dəfə üstələyir. Ölkəmizin Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi və qlobal siyasətdə fəal rol oynaması aparılan uğurlu xarici siyasətin nəticəsidir.
Sonra Laçın, Xocavənd, Ağdam, Füzuli, Kəlbəcər rayonlarını təmsil edən gənclər çıxış edərək ölkədə həyata keçirilən quruculuq işlərindən, əhalinin sosial-iqtisadi vəziyyətinin yüksəlməsindən danışıblar. Qeyd olunub ki, regionların sosial-iqtisadi inkişafı və gənclərlə bağlı dövlət proqramları uğurla reallaşdırılır. Bu proqramlar çərçivəsində şəhər və qəsəbələr yeni görkəm alıb, çoxsaylı iş yerləri açılıb və insanların həyat səviyyəsi yaxşılaşıb. Azərbaycanda Olimpiya idman kompleksləri, təhsil, səhiyyə və mədəniyyət müəssisələri tikilərək əhalinin istifadəsinə verilib. Dövlətin birbaşa yardımı ilə yüzlərlə gənc xarici ölkələrdə təhsilini davam etdirir. Bildirilib ki, Azərbaycanın ərazi bütövlüyünün heç bir vaxt danışıqlar mövzusu olmayacağını bəyan edən Prezident İlham Əliyev daim milli maraqların keşiyində dayanıb, Vətəni və xalqı sevməkdə bütün gənclərə örnəkdir. Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin baş məsləhətçisi Rasim Mirzəyev qaçqın və məcburi köçkünlərin Azərbaycanda ən imtiyazlı təbəqələrdən biri olduğunu, onlara dövlət tərəfindən daim diqqət və qayğı göstərildiyini qeyd edib: “Azərbaycan xalqının tarixən sabitliyə böyük ehtiyacı olub. Bu gün isə o sabitlik və inkişaf var. Bu sabitliyin qorunması ən vacib məsələlərdən biridir. Gənclər təxribatlara uymamalıdırlar. Bu gün gənclərin üzərinə dövlətin inkişafına çalışmaq, ölkə başçısı ətrafında sıx birləşmək kimi böyük məsuliyyət düşür”. Tədbirdə çıxış edən gənclər və konfrans iştirakçıları Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin təmin olunması istiqamətində aparılan siyasəti, bütün sahələrdə sürətli inkişafa nail olunmasını, həyata keçirilən məqsədyönlü dövlət proqramlarını Prezident İlham Əliyevin müstəsna xidmətləri kimi dəyərləndirdiklərini və növbəti seçkilərdə ona səs verəcəklərini bəyan ediblər.
ANAR




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Azərbaycanda gördüklərim məndə xoş təəssüratlar yaratdı
22.09.2018
Azərbaycan ilə İordaniya dost və qardaş ölkələrdir
22.09.2018
Azərbaycan-Rusiya parlamentlərarası əlaqələri yüksək səviyyədədir
22.09.2018
İsveçrə və Azərbaycan arasında çox yaxşı əlaqələr mövcuddur
21.09.2018
Yıldırım: “Azərbaycanı vətənim kimi qəbul edirəm“

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info