“Real Madrid“- PSJ: qalib kim olacaq?
Tarix: 14.02.2018 | Saat: 14:27:00 | E-mail | Çapa göndər


Çempionlar Liqasında 1/8 final mərhələsində ardıcıl iki mövsüm turnirin qalibi olan "Real Madrid" favoritlərdən sayılan Fransa təmsilçisi PSJ-ni qəbul edəcək.
La Liqada 42 xalla 4-cü pillədə qərarlaşan və lider "Barselona"dan 17 xal geri qalan "Kral klubu" üçün cari mövsüm heç də yaxşı keçmir. Komandanın baş məşqçisi Zinəddin Zidanın aqibəti fransızlarla dueldən asılıdır. PSJ isə böyük pulların müqabilində qitənin ən nüfuzlu klub turnirində qalib olmağı hədəfləyib.
Madrid təmsilçisinin heyətində Daniel Karvahal cəza, Xesus Vallexo isə zədə üzündən meydana çıxa bilməyəcək. Dani Sebalyosun durumu isə sual altındadır. PSJ-də isə zədəli Kevin Trapp oynamayacaq. Digər zədəlilər - Edison Kavani, Tyaqo Motta və Leven Kyurzavanın qarşılaşmada iştirak edib-etməyəcəkləri dəqiq bilinmir.
Günün digər qarşılaşması Portuqaliyanın "Portu" və İngiltərənin "Liverpul" kollektivləri arasında olacaq. Ölkə çempionatının lideri olan meydan sahibləri ilk matçda müsbət nəticə əldə etmək arzusundadırlar. Cütün favoriti sayılan qonaqlar isə səfərdən sərfəli hesabla qayıtmaq istəyirlər.
"Portu"da Felipe Monteyro cəzalıdır. Zədədən əziyyət çəkən İvan Markano, Andre Filipe Braş və Vensan Abubakarın durumuna matç ərəfəsində aydınlıq gələcək. "Liverpul"da isə iki itki var. Emre Can cəza, Nataniel Klayn isə zədə üzündən görüşdə iştirak etməyəcək.

Çempionlar Liqası - 1/8 final, ilk oyunlar

14 fevral
23:45. "Real Madrid" (İspaniya) - PSJ (Fransa)
Baş hakim: Canluka Rokki

23:45. "Portu" (Portuqaliya) - "Liverpul" (İngiltərə)
Baş hakim: Daniele Orsato (İtaliya)




 
Bölməyə aid digər xəbərlər
20.09.2020
“Barselona“ mövsümə kubokla başladı -VIDEO
20.09.2020
“Mançester Yunayted“ evdə uduzdu - VIDEO
19.09.2020
Qaret Beyl yenidən “Tottenhem”də
19.09.2020
Pirlodan Suares açıqlaması
19.09.2020
“Barselona“nın müdafiəçisi Premyer Liqa klubuna keçir

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11601

1 Avropada nümayişçilər polis zorakılığına məruz qalır, amma bu məsələlər heç vaxt müzakirəyə çıxarılmır
2 Jurnalistlər üçün onlayn formatda üçüncü təlim keçirilib
3 Prezident İlham Əliyev: Biz daxili tələbatı nə qədər mümkünsə, yerli məhsullar hesabına təmin etməliyik
4 “Yanar dağ” qoruğu Dövlət Turizm Agentliyinin tabeliyinə verilib
5 “Xınalıq”, “Keşikçidağ”, “Atəşgah məbədi” Dövlət Turizm Agentliyinin tabeliyinə keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info