AMİ-də tələbə elmi cəmiyyətinin konfransı keçirilib
Tarix: 27.05.2013 | Saat: 16:12:00 | E-mail | Çapa göndər


Mayın 25-də Azərbaycan Müəllimlər İnstitutu (AMİ) tələbə elmi cəmiyyətinin 28 May-Respublika Gününə həsr olunmuş yeddinci elmi konfransı keçirilib.
Əvvəlcə iştirakçılar institutun nəzdində fəaliyyət göstərən Heydər Əliyev Mərkəzini ziyarət etmiş, ulu öndərin büstü önünə əklil qoyublar.
Konfransın plenar iclasında AMİ-nin rektoru, Milli Məclisin deputatı, professor Aqiyə Naxçıvanlı 2013-cü ilin Azərbaycanda “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilməsini Prezident İlham Əliyevin İKT sektorunun inkişafına göstərdiyi xüsusi qayğının bariz nümunəsi kimi qiymətləndirib. Bildirib ki, bununla əlaqədar olaraq AMİ-nin tələbə elmi cəmiyyəti tələbə gənclərin İKT-dən istifadə etmək bacarıq və vərdişlərinin yaradılması, innovativliyə təkan verilməsi baxımından konfransı poster formatında keçirməyi nəzərdə tutub.
Rektor Azərbaycan Demokratik Respublikasının yaranmasının 95 illiyi münasibətilə tədbir iştirakçılarını təbrik etmiş, Azərbaycanın keçdiyi tarixi yolun ölkəmizin bugünkü müstəqilliyinin əsasını təşkil etdiyini vurğulayıb. Qeyd olunub ki, tarixin ağır sınaqlarından çıxmış respublikamız bu gün təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş sürətli inkişaf yolu ilə əzmlə, dönmədən irəliləyir.
İnstitutda artıq ənənə halını almış konfransın əhəmiyyətindən danışan rektor qeyd edib ki, Azərbaycan Müəllimlər İnstitutu və onun 11 filialında tələbə elmi cəmiyyətlərinin konfransları keçirilmiş, qaliblərin posterləri yeddinci konfransa təqdim olunub. Bildirilib ki, konfransın humanitar, sosial, təbiət, ictimai və dəqiq elmlər üzrə bölmələrinə, ümumilikdə 125 poster təqdim olunmuş, onlardan 71-i konfransın proqramına daxil edilib.
Tədbirdə “Ölkəmizdə dövlət quruculuğu ənənələrinin inkişafının yeni mərhələsi”, “Elmi-tədqiqat işlərinin aparılmasında innovativlik”, “Təhsil millətin gələcəyidir” mövzularında məruzələr dinlənilib. Sonra gələcəyin müəllimlərinin müxtəlif elmi istiqamətlər üzrə hazırladıqları posterlərin təqdimatı olub. Çıxış edənlər gənclərin əməyini yüksək qiymətləndirmiş, onlara tövsiyələrini vermiş, uğurlar arzulayıblar. Tələbələrin konfransın təşkilində fəal iştirakları, posterlərin hazırlanmasında yaradıcılıq potensiallarından geniş istifadə etdikləri vurğulanıb.
Mükafata layiq görülmüş posterlərin müəlliflərinə diplom və hədiyyələr, bütün iştirakçılara isə sertifikatlar təqdim olunub. Eyni zamanda, konfransda Respublika Günü münasibətilə AMİ-də qızlar və oğlanlar arasında keçirilmiş voleybol yarışının qaliblərinə kuboklar təqdim edilib.




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
“Bakcell” “ASAN Məktub”dan təşəkkürnamə alıb
21.11.2018
Türkcə “Vikipediya”da Azərbaycanla bağlı məqalələrin yaradılması prosesi sürətlənir
21.11.2018
Sərhəd idarəçiliyi üzrə potensialın gücləndirilməsi istiqamətində görülən tədbirlər müzakirə edilib
21.11.2018
Bakıda Azərbaycan-Qazaxıstan Gənclərinin Forumu işə başlayıb
21.11.2018
YAP-ın yaranmasının 26 illiyi ilə əlaqədar Pirallahıda tədbir keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info