Ali məktəbdə onlayn mühazirə
Tarix: 27.05.2013 | Saat: 17:02:00 | E-mail | Çapa göndər


Naxçıvan Dövlət Universitetində AMEA İnformasiya Texnologiyaları İnstitutunun alim və mütəxəssislərinin distant təhsil sistemi vasitəsilə Naxçıvan MR-da təhsil alan doktorant və dissertantları üçün informatika fənninin yaz semestri üzrə növbəti onlayn mühazirəsi dinlənilib.
Bu münasibətlə təşkil olunmuş mərasimdə çıxış edən, NDU-nun elmi işlər üzrə prorektoru, riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Anar Kazımov yüksək ixtisaslı kadrların yetişdirilməsində, dünyanın nüfuzlu universitetləri ilə genişmiqyaslı əlaqələrin qurulmasında, bilik və təcrübə mübadiləsinin aparılmasında distant təhsil sisteminin mühüm rolundan bəhs edib. Prorektor ulu öndər Heydər Əliyevin təhsil siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev tərəfindən qəbul edilən dövlət proqramlarının təhsilin qabaqcıl texnologiyalar əsasında inkişaf etdirilməsinə, keyfiyyətinin yüksəldilməsinə, dünya təhsil sisteminə inteqrasiyaya xidmət etdiyini qeyd etdi. Vurğulandı ki, bu gün Azərbaycanda müasir informasiya texnologiyalarının tətbiqinə böyük önəm verilir.
Sonra AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun elmi işçisi, texnika elmləri doktoru Ramiz Alıquliyev “Elmmetriya: mövcud vəziyyəti, imkanları və inkişaf perspektivləri” mövzusunda mühazirəyə başladı. Mühazirəçi elmmetriya anlayışına aydınlıq gətirdi, Azərbaycanda bu sahədə mövcud reallıqlardan bəhs etdi. Onlayn bağlantıda həmçinin doktorant və dissertantları maraqlandıran suallar cavablandırıldı.
Qeyd edək ki, dinləyicilər arasında doktorant və dissertantlarla yanaşı, informatika ilə maraqlanan magistr və tələbələr də iştirak edirdilər.
Mina QASIMOVA




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb
20.09.2018
Qanvermə aksiyalarının təşkili dini ənənələrə humanist bir töhfədir
20.09.2018
Gömrük xidməti ölkəmizin iqtisadi maraqlarının qorunmasında xüsusi yer tutur
20.09.2018
ADPU-nun Azərbaycan tarixi kafedrasının əməkdaşı Beynəlxalq Forumda iştirak edib
20.09.2018
Prezidentin köməkçisi: “Ərazilərin minalardan təmizlənməsi humanist missiyadır”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info