Qarabağ müharibəsində Suraxanıdan olan 310 nəfər şəhid, 290 nəfər müxtəlif dərəcəli əlil olub
Tarix: 14.02.2018 | Saat: 20:12:00 | E-mail | Çapa göndər


Suraxanı Rayon İcra Hakimiyyətində Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) yaranmasının altıncı ildönümünə həsr olunmuş tədbir keçirilib.
Rayon icra hakimiyyətindən bildiriblər ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı rayon idarəsi ilə birgə təşkil olunan tədbirin iştirakçıları əvvəlcə rayondakı Heydər Əliyev parkında Ulu Öndərin abidəsini ziyarət ediblər.
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov tədbir iştirakçılarını Dövlət Xidmətinin yaranmasının altıncı ildönümü münasibətilə təbrik edərək bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2012-ci il 13 fevral tarixli fərmanı ilə Azərbaycan Respublikasının Hərbi Komissarlığı ləğv edilib və onun əsasında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yaradılıb. Xidmət öz vəzifələrini yerinə yetirərkən digər icra hakimiyyəti orqanları, yerli özünüidarə orqanları və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir: “Bizim qarşımızda duran əsas məsələ müstəqil respublikamızın suverenliyinin, ərazi bütövlüyünün qorunmasıdır. Hər şey Vətənin müdafiəsindən başlayır. Vətəni sevmək, onu düşməndən qorumaq, lazım gəldikdə onun üçün canını belə fəda etmək hər bir vətəndaşımız üçün müqəddəs bir vəzifədir. Vətənini sevən hər bir azərbaycanlı daim onun müdafiəsinə hazır olmalıdır. Azərbaycan gəncliyinin tərkib hissəsi olan rayonumuzun gəncləri də həmişə ölkəmizdə gedən proseslərin içərisində olmuş və Vətənə sədaqətli olduqlarını nümayiş etdiriblər”.
İlqar Abbasov deyib ki, Qarabağ müharibəsində torpaqlarımızın müdafiəsi zamanı Suraxanı rayonundan olan 310 nəfər şəhid, 290 nəfər müxtəlif dərəcəli əlil olub. 2016-cı il aprelin 2-də Milli Ordumuzun əsgər və zabitləri erməni təxribatına tutarlı cavab verməklə Azərbaycan Ordusunun nəyə qadir olduğunu bir daha təsdiq etdi. Ordumuzun əks həmləsi nəticəsində qısa müddət ərzində ciddi tələfat verən erməni hərbi birləşmələri geri çəkildilər. Bu qəhrəman oğullarımızın hamısının Milli Ordumuza yolu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən başlayıb. Ötən altı il ərzində Suraxanı Rayon İcra Hakimiyyəti ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, eyni zamanda, Xidmətin Suraxanı rayon idarəsi ilə səmərəli işgüzar münasibətlər qurulub. Hər il olduğu kimi, ötən il də təntənəli şəkildə çağırışçıların həqiqi hərbi xidmətə yola salınması və həqiqi hərbi xidmətdən tərxis olunanların qarşılanmasına münasibətilə tədbirlər keçirilib. Bu istiqamətdə birgə tədbirlər gələcəkdə də davam etdiriləcək.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı rayon idarəsinin rəis müavini Vüsal Həsənov, rayon polis idarəsinin rəisi Namiq Həsənov, rayon gənclər və idman idarəsinin rəisi Amil Bağırov, Respublika Müharibə, Əmək və Silahli Qüvvələr Veteranları təşkilatının Suraxanı rayon şöbəsinin sədri Eldar Rüstəmov, rayon Ağsaqqallar Şurasının nəzarət-təftiş komissiyasının sədri Müseyib Bağırov çıxış edərək Xidmətin altı illik uğurlu fəaliyyətindən danışıb, təbriklərini çatdırıblar.
Sonda qurumun Suraxanı rayon idarəsinin xidmətdə fərqlənən bir qrup əməkdaşı fəxri fərmanlarla təltif edilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
25.05.2019
Bakı–Tbilisi–Ceyhan boru kəmərinə ilk neftin vurulmasından 14 il ötür
25.05.2019
Bakı Limanının əməliyyatlarının 85 faizi tranzit əməliyyatlarıdır
25.05.2019
“Made in Azerbaijan” məhsulları Çindao sərgisində nümayiş olunur
25.05.2019
Əmək və sosial müdafiə sahəsində Rusiya ilə əməkdaşlıq müzakirə edilib
24.05.2019
Böyük Britaniya ilə kiçik və orta sahibkarlıq sahəsində əməkdaşlıq imkanları müzakirə edilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10788

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 Erməni əsilli gimnast: Mxitaryanın yerində olsaydım, komandamla birgə Bakıya gələrdim
5 …Hər sözdə vətən axtaran soydaşımız


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info