Cəfər Cəfərov: “Biz pedaqoji təhsildə qabaqcıl beynəlxalq təcrübəni öyrənməliyik”
Tarix: 14.02.2018 | Saat: 20:54:00 | E-mail | Çapa göndər


Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) təhsil işçisi, Finlandiya-Azərbaycan Assosiasiyasının vitse-prezidenti Arzu Oqtayla görüş keçirilib. Qeyd edək ki, görüş ADPU-nun Tədris Departamentinin direktoru, dosent Sənan Əliyevin, Məzun, Koordinasiya və Karyera Mərkəzinin müdiri Könül Əsgərovanın təşəbbüs və təşkilatçılığı ilə keçirilib. Görüşdə ADPU-nun rəhbərliyi, fakültə dekanları, kafedra müdirləri iştirak ediblər.
Görüşü giriş sözü ilə açan ADPU-nun rektoru, professor Cəfər Cəfərov Arzu Oqtayın həyat və fəaliyyəti barədə məlumat verib. Bildirib ki, Arzu Oqtay qızı Muradlı Bakı şəhərində anadan olub. 1991-cu ildə Bakı Dövlət Universitetini bitirib.  2002-ci ildən Finlandiyada yaşayır. Pedaqoji fəaliyyətini davam etdirir. Eyni zamanda diaspor quruculuğunda fəal iştirak edir. Finlandiyada ölkəmizi təbliğ edir, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün əzmlə çalışır. Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə diaspor quruculuğundakı səmərəli fəaliyyətinə görə “Tərəqqi” medalına və Diasporla İş üzrə Dövlət Komitəsinin fəxri fərmanına layiq görülüb. Görüşün keçirilməsində məqsəd Arzu Oqtayın təqdimatında Finlandiyanın təhsil sistemi haqqında məlumat almaqdır. Finlandiya təhsil sistemi dünyada uğurlu təhsil modeli kimi qəbul edilir. Bu görüşün keçirilməsi qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi və fikir mübadiləsi baxımından mühüm əhəmiyyət kəsb edir. Rektor qeyd edib ki, ADPU-da Pedaqoji Forum fəaliyyətə başlayır. Bu forumda həm ADPU-nun alim-mütəxəssisləri, həm də respublikamızın tanınmış və nüfuzlu təhsil ekspertləri təqdimatlarla çıxış edəcəklər. Bununla yanaşı, Filologiya, Tarix və coğrafiya fakültələrində tariximiz, ədəbiyyatımız, milli mədəniyyətimizlə bağlı müxtəlif tədbirlərin keçirilməsi nəzərdə tutulur. Biz pedaqoji təhsildə qabaqcıl beynəlxalq təcrübəni öyrənməli, tətbiq etməli, təhsilin keyfiyyətini yüksəltməliyik. ADPU 100 illik yubileyini layiqli nəticələrlə yüksək səviyyədə qeyd etməlidir.
Arzu Oqtay öncə görüşün keçirilməsinə görə ADPU-nun rəhbərliyinə təşəkkür edib və universitetin kollektivinə uğurlar arzulayıb. Təqdimatında Finlandiyanın təhsil sistemi haqqında məlumat verərək qeyd edib ki, Finlandiyanın təhsil sistemi sadə, lakin mütərəqqi bir sistemdir. Finlandiyanın təhsil sistemi rəqabətə yox, həmrəylik prinsipinə əsaslanır. Bu təhsil sistemi şagirdlərin yüklənməsinə yol vermir. Müəllim Finlandiya cəmiyyətində ən yüksək statusa malikdir. Müəllim tədrisdə şagirdlərin sərbəst axtarışlar etmələrinə şərait yaradır. Məktəbin öz büdcəsi olur. Şagirdlərin peşə-ixtisas seçimi düzgün istiqamətləndirilir. Finlandiyada repetitorluq fəaliyyəti yoxdur. Universitetlərdə müəllimlər tələbələrlə öz həmkarları kimi davranırlar. Finlandiya Avropa ölkələri arasında  yeganə dövlətdir ki, burada azsaylı xalqların ana dili tədris edilir.
Tədbirdə iştirakçıların sualları cavablandırılıb, maraqlı və səmərəli fikir mübadiləsi aparılıb. Görüşdə professor Fikrət Rzayev, professor Müseyib İlyasov, professor Fərrux Rüstəmov, dosent Şahin Pənahov, dosent Yusif Alıyev, dosent Əli Zalov, dosent Oqtay Alxasov və başqaları çıxış edərək cəmiyyətdə müəllimin yeri və mövqeyi, ictimai nüfuzu barədə öz fikir və mülahizələrini bölüşüblər.
Görüşə yekun vuran rektor Cəfər Cəfərov belə görüşlərin davamlı keçirilməsinin vacibliyini vurğulayaraq maraqlı və məzmunlu təqdimata görə Arzu Oqtaya təşəkkür edib.

Nigar




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Aşura günü Gəncədə iki yerdə qanvermə aksiyası keçiriləcək
19.09.2018
ADPU-da professor Faruk Faik Köprülünün məruzəsi dinlənilib
19.09.2018
Dövlət Əmək Müfəttişliyi Xidməti Lənkəran və Masallı rayonlarında seminar keçirib
19.09.2018
Əcnəbilərin Azərbaycana marağını necə artırmaq olar
18.09.2018
Prezident İlham Əliyev: Bakı-Astara magistral yolunun açılışı tarixi layihədir, Azərbaycanın imkanını göstərir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10121

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info