Narışkinin Misir səfərinin pərdəarxası: Misir ordusunun əməliyyatı nəticəsində 15 terrorçu məhv edilib, 153 nəfər saxlanılıb
Tarix: 15.02.2018 | Saat: 00:34:00 | E-mail | Çapa göndər


Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktorunun Qahirəyə səfərindən sonra Sinay yarımadasınında terrorçulara qarşı uğurlu əməliyyat barədə xəbər yayılıb
Misir Prezidenti Əbdülfəttah əs-Sisi Qahirədə Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkini qəbul edib. Bu barədə Misir Prezidenti Dəftərxanasının rəsmi nümayəndəsi Bəssam Radi məlumat verib. Misir Prezidenti iki ölkə arasında münasibətləri yüksək qiymətləndirib. O, Misirin Rusiya ilə qarşılıqlı münasibətləri bütün istiqamətlərdə daha da möhkəmləndirməyə tərəfdar olduğunu bildirib. S.Narışkin regionda sülhün və sabitliyin bərqərar edilməsi prosesinin ən mühüm iştirakçılarından biri kimi Misirin rolunu qeyd edərək, xüsusilə terrorizmin regiona və bütün dünyaya təhlükə olduğu bir vaxtda iki ölkə arasında təhlükəsizlik sahəsində əməkdaşlığın əhəmiyyətini vurğulayıb. B.Radinin sözlərinə görə, tərəflər terrorizmə qarşı mübarizə məsələlərini müzakirə ediblər. Prezident Əbdülfəttah əs-Sisi xüsusi vurğulayıb ki, terrorizmi tamamilə aradan qaldırmaq üçün beynəlxalq birliyin səylərini birləşdirmək, bu zaman ayrı-ayrı terrorçu qruplaşmalar arasında fərq qoymamaq lazımdır. Görüşdə Yaxın Şərq böhranının ayrı-ayrı dövlətlərin suverenliyinin və ərazi bütövlüyünün saxlanılması şərti ilə nizamlanması yolları ətrafında geniş fikir mübadiləsi aparılıb. Maraqlıdır ki, görüşdən sonra Misir ordusunun Sinay yarımadasının şimalında və mərkəzi hissəsində keçirdiyi növbəti antiterror əməliyyatı barədə xəbər yayılıb. Həmin məlumatda qeyd edilir ki, əməliyyat nəticəsində 15 terrorçu məhv edilib, terror aktları törətməkdə və ekstremistlərə yardım etməkdə şübhəli bilinən 153 nəfər saxlanılıb. Saxlanılanlar arasında xarici vətəndaşlar da var. Əməliyyat zamanı terrorçuların nəqliyyat vasitələri məhv edilib, onlarla partlayıcı zərərsizləşdirilib. Həmçinin silah-sursat bazaları, partlayıcı maddələrin hazırlanması üçün gizli laboratoriyalar və terrorçuların yeraltı sığınacaqları məhv edilib. Qeyd edək ki, Prezident Əbdülfəttah əs-Sisinin tapşırığına uyğun olaraq, Misir ordusu Sinay yarımadasının şimalında və mərkəzi hissəsində, həmçinin Nil çayının deltasında və qərbdəki səhralıq rayonlarda irimiqyaslı “Sinay 2018” antiterror əməliyyatı keçirir.
Anar




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Rusiyadan Ermənistana gedən magistralda 600-ə yaxın avtomobil qalıb
17.11.2018
Suriyada uşaqlardan ibarət terrorçu dəstələr yaradılıb
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib
16.11.2018
ABŞ Gülənin ekstradisiyasının yollarını axtarır
16.11.2018
Gürcüstandan Rusiyaya gedən avtomagistral yol bağlanıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10493

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info